Məhkəmə qərarları › İş №3(016)-536/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-536/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-536/2024 30.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağsu şəhəri, A.Osmanov küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 334.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə H.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi törədilmişdir. Polis əməkdaşları hadisə yerinə yaxınlaşmış və bu zaman təqsirkarın hadisə yerində olmadığını görmüş və zərərçəkmiş şəxslə söhbət aparmışlar. Daha sonra məlum olmuşdur ki, Şəxs hadisə zamanı sərxoş olmuş və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərək qəza törətmişdir. Barəsində İXM-in 334.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, qarşısında hərəkətdə olan avtomobil sola dönmək istəyərkən o, ara məsafəsini düzgün seçmədiyi üçün avtomobillər toqquşmuşdur. O, digər avtomobilin sahibi Zərərçəkmiş şəxsat oğluna yaxınlaşaraq evə gedib gəldikdən sonra problemi həll etməklərini təklif etmiş və hadisə yerini tərk edərək getmişdir. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, avtomobili ilə hərəkətdə olarkən sola istiqamətdə dönmək istəyərkən arxadan gələn avtomobil özünü idarə edə bilməyərək yol qəzası törətmişdir. Hadisə baş verdikdən sonra qəzaya səbəbkar olan şəxs Şəxs hadisə yerini tərk etmiş və o da, Ağsu Rayon Polis şöbəsinə məlumat vermişdir. Qəza nəticəsində onun avtomobilinə 1.310 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, “Vaz 21074” minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə edərək yol hərəkəti qaydalarını pozmuş, nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, baş vermiş qəza nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə 1.310 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(016)- 144/2024 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs sərxoş olması inzibati məsuliyyəti ağırlaşdıran haldır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar