Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-537/2024 31.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağsu rayonu, Ağabəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu şəhəri, Nizami küçəsi, ev 12-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə səs-küy salıb, ünvanlı nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdən Ağsu Rayon Məhkəməsinin Xəstəxanasında olarkən, xəstəxananın həkimləri X2 və X7 xidmət otağında təhqir edərək, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Şəxs xx.xx.2024-cü il tarixdə qonşuluqda yaşayan şəhid ailəsi olan Nigarxanım Tarverdiyevanı sərxoş vəziyyətdə nalayiq küçə söyüşləri ilə təhqir edərək şəxsiyyətini alçaltmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, özünü təqsirli bilir. xx.xx.2024-cü il tarixdə o, xəstəxanaya dərman götürmək üçün getmiş və ona dərman vermədikləri üçün Din-102 xidmətinə zəng edərək şikayət etmişdir. O, kimisə təhqir etmədiyini sadəcə ucadan səs-küy yaratdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək göstərdi ki, Şəxs xəstəxanaya yaxınlaşaraq iş yerində yıxıldığını və baş nahiyəsində ağrılardan şikayət etdiyini bildirmiş və təcili olaraq Bakı xəstəxanalarından birinə göndərilməyi istəmişdir. Lakin ona müayinə olunmadan Bakıya göndərə bilməyəcəklərini, bu işlərin artıq kompüter vasitəsi ilə aparıldığını və müayinədən keçdikdən sonra ciddi problem olarsa göndərəcəklərini bildirərək, onu həkimlərə müayinəyə göndərmişlər. Şəxs yoxlanıldıqdan sonra onda ciddi problem aşkar edilməmişdir. Lakin o, Bakıya getməkdə israr etdiyi üçün Din-102 xidmətinə zəng edərək şikayət vermişdir. O, xəstəxanaya dərman götürməyə deyil, müayinə olunmağa gəlmişdir və Bakıya göndəriləcək qədər ciddi problem olmadığı üçün Ağsu RMX-də müayinə olunması təklif edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs onun otağına yaxınlaşaraq iş yerində yıxıldığını bildirmiş və onu Maştağaya göndərməyini tələb etmişdir. O da ilk müayinədən ciddi bir problem olmadığını müayinə etdikdən sonra lazım olarsa gərəkəni edəcəklərini bildirmişdir. Lakin şəxs israr etdiyi üçün o, əsassız olduğunu və sistemin qəbul etməyəcəyini bildiyi halda, xəstə ilə mübahisə etməmək üçün ona Bakıya göndərilmə vərəqi yazmış və onu sığortaya göndərərək təsdiqləmək üçün getməsini bildirmişdir. Lakin imtina gəldikdən sonra Şəxs onun otağına yenidən gələrək imtina gəldiyini söyləmiş və təhqiredici sözlər işlətmişdir. Daha sonra DİN-102 xidmətinə zəng edərək şikayət vermişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 31 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında səs-küy salıb, ünvanlı nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:51-də sərxoş olmuşdur. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:20-də inzibati qaydada tutulmuşdur. İş materialına əlavə edilən Ağsu rayon X6 Qrupunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-537/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-537/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver