Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-538/2024 31.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləyən, Ağsu şəhəri, Babək küçəsi, ev 2/7-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş və ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə DİN-nin 102-xidmətinə məlumat daxil olmuşdur. Məlumatı verən şəxs X3 bildirmişdir ki, Şəxs onun işlədiyi yerdə Ağsu Rayon Suvarma Sistemləri idarəsində onun ünvanına nalayiq ifadələr işlətmiş və onu təhqir etmişdir. Daha sonra aparılan araşdırmalar zamanı hər iki şəxsin izahatı alınmış və digər şəxslərində şahid kimi izahatı alınmışdır. Məlum olmuşdur ki, Şəxs, X1 xx.xx.2024-cü il tarixdə saat təxminən 10:00 radələrində idarənin rəisi Teymur müəllimim otağında olarkən təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, özünü qismən təqsirli bilir. xx.xx.2024-cü il tarixində vəzifəyə təyin olunub. Bundan əvvəl su kanal rəisi kimi işləyirmiş və işlədiyi əvvəlki kollektivi ilə belə bir problemi heç vaxt yaşanmayıb. Rəisin otağında olarkən onun rəislə söhbəti olmuşdur ki, işçilərimiz ali savadlı deyil və onlarla işləmək çətindir. Dəfələrlə işçilərin siyahısını istəmiş və siyahı ona çatdıqdan sonra o, ilk X8 barəsində danışıqlar aparmışdır ki, həm ali savadlı kadr deyil, həm də yaşı artıq işləmək yaşı deyil. Daha sonra Mirvari Balayeva haqqında da onun ali savadlı olmadığını və yoxlama gəldiyi an bu şəxslərin kənarda qalacağını bildirmişdir. Hadisə baş verən an ilk Babayev Eyvaz barəsində söhbət gedərkən o, Şəxs əsəbiləşərək getmişdir. Daha sonra X3 otağa daxil olmuş və onunla münaqişə edərək onu niyə işdən çıxarmaq istədiyini, şəxsi probleminin nə olduğunu soruşmuşdur. Cavabında isə o, Mirvari ilə heç bir şəxsi probleminin olmadığını, nazirliyin qərarı əsasında bu vəzifələrin ali savadlı kadrlar tərəfindən idarə edilməli olduğunu bildirmişdir. Daha sonra, X3 onun ünvanına bəzi təhqiredici sözlər söyləmişdir. Lakin Şəxs öz izahatında bildirir ki, o, X1 təhqir etməmiş və sadəcə onun təhqirlərinə cavab olaraq hərkəsin onu və ailəsini yaxşı tanıdığını və etdiyi təhqirlərin ona aid olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, 35 ildir ki, işləyir. xx.xx.2024-cü il tarixdə səhər işə gəldiyi zaman hərkəsin rəisin otağında olduğunu və Şəxs da orda olduğunu eşitmişdir. Elçin müəllim Babayev Eyvazla işləmək istəmədiyini, onun ali savadının olmamasını söyləmiş, Eyvazda hirslənərək otaqdan çölə çıxmışdır. Bu zaman o, otağa daxil olmuş Şəxs Qubad oğluna onunla probleminin nə olduğunu və onunla niyə işləmək istəmədiyini soruşmuşdur. Bu zaman Elçin onun ali savadının olmamasını söyləyincə o Elçinə hələ 3 gündür gəldiyini və onun işini görə bilməməsi fikrinə hansı qənaətlə gəldiyini soruşmuşdur. Şəxs, X1 təhqir etmiş və küçə qadını adlandıraraq onunla işləmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək göstərdi ki, o, xeyli müddətdir bu işdə işləyir. Doğrudur, ali savadı yoxdur, lakin oxuduğu ixtisası bu işi ilə əlaqəlidir. xx.xx.2024-cü il tarixdə səhər işə gəlmiş, otaqda söhbət edərkən Şəxs əlində kağız otağa daxil olmuş və ona bu işdən çıxmalı olduğunu bildirmişdir. Belə bir kadrla işləmək istəmədiyini söyləmişdir. O, da əsəbiləşərək otağı tərk etmiş, bu zaman otağa Mirvari xanım daxil oldu və aralarında gedən mübahisə əsnasında Şəxs X1 təhqir etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, katibə işləyir. Hadisə baş verən zaman otağın yanında olmuşdur və hadisənin şahididir. Şəxslə, X8 xx.xx.2024-cü il tarixdə rəisin otağında mübahisə etmişlər, bu zaman X3 onun otağına imza çəkməyə gəlmişdir. Eyvaz otaqdan çıxarkən Balayeva Mirvari otağa girmiş və Elçin müəllimlə mübahisə etmişlər və Şəxs Balayeva Mirvariyə tərbiyəsiz demişdir. Balayeva Mirvari otağa girməmişdən əvvəldə otaqda səs-küy olmuşdur. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 31 oktyabr 2024-cü il tarixli, ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə işlədiyi idarənin inzibati binasında Mirvari Balayeva ilə mübahisə edib ucadan səs-küy salaraq nəlayiq ifadələr işlətmişdir. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 04 (dörd) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 31 oktyabr 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-538/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-538/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver