Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-56/2025 05.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Qərardan şikayət verən şəxs X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti Dağlıq Şirvan regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında Müfəttişliyi Xidməti Dağlıq Şirvan regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 fiziki şəxs olaraq, icarə müqaviləsi əsasında Ağsu şəhəri, M.Rəsulzadə küçəsində yerləşən “Şirvan” restoranının icarədarıdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Dağlıq Şirvan regional şöbəsi tərəfindən 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 469.2-ci maddəsinə əsasən inzibati qaydada 1.500 manat məbləğində cərimə tətbiq edilmişdir. Barəsində olan 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar əsassızdır və qərar ləğv edilməlidir. Belə ki, icarədarı olduğu Ağsu şəhəri, M.Rəsulzadə küçəsində yerləşən “Şirvan” restoranında əmək müqaviləsi əsasında 5 nəfər işçi çalışır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Dağlıq Şirvan regional şöbəsi ona 23 sentyabr 2024-cü il tarixli, 3-17-5/2-H-65207/2024 nömrəli məktub göndərərək bildirmişdir ki, altsistem vasitəsi ilə aparılan təhlillər zamanı işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmiş, bu səbəbdən o, xx.xx.2024-cü il tarixdə X8 Xidməti Dağlıq Şirvan regional şöbəsinə dəvət olunmuş və həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin təqdim edilməsi tələb edilmişdir. Bundan sonra onun tərəfindən işəgötürən kimi əmək müqaviləsi əsasında fəaliyyət göstərən 5 nəfər işçinin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası”na dair "xxxx" ASC ilə xx.xx.2024-cü il tarixli, **********0443 nömrəli elektron müqavilə bağlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzi tərəfindən ona zəng edilərək xx.xx.2024-cü il tarixdə X8 Xidməti Dağlıq Şirvan regional şöbəsində olmağı bildirilmişdir. O da həmin tarixdə Dağlıq Şirvan regional şöbəsində olmuş, şöbə müdiri ilə görüşərək işçilərin icbari sığorta olunması ilə bağlı müqaviləni də ona təqdim etmişdir. Lakin ona bildirmişlər ki, işçilərlə bağlanmış sığorta müqaviləsi xx.xx.2024-cü il tarixə kimi bağlanmadığı üçün Sizin barənizdə inzibati tənbeh vermə haqqında Qərar qəbul ediləcəkdir. O buna etiraz etdikdə isə bildirmişlər ki, razı olmadığı təqdirdə məhkəməyə şikayət edə bilər. X8 Xidməti Dağlıq Şirvan regional şöbəsi tərəfindən 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul olunan zaman artıq M.Abdurahmanov tərəfindən işçilərin icbari sığorta olunması ilə bağlı "xxxx" ASC ilə xx.xx.2024-cü il tarixli, **********0443 nömrəli müqavilə bağlanmış və həmin müqavilə də həmin tarixdə şöbədə olarkən onlara təqdim edilmişdir. Göründüyü kimi, artıq qərar qəbul edilərkən inzibati xəta artıq aradan qaldırılmışdı. Buna görə də X8 Xidməti Dağlıq Şirvan regional şöbəsi tərəfindən M.Abdurahmanov barəsində qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Bundan əlavə, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar qanunvericiliyə uyğun tərtib edilməmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-543/2024 saylı qərarına əsasən, şikayət qismən təmin edilmiş, X8 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın X8 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə göndərilməsi qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-543/2024 saylı qərarından AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-35/2025 saylı qərarına əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən verilmiş şikаyət qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 3(016)-543/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmışır. X1, onun nümayəndəsi və vəkili Vəkil Məhərrəm oğlu məhkəmə iclasında hər biri ayrılıqda şikayətdə göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, X8 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, işdə olan 14 oktyabr 2024-cü il tarixli protokolda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta haqqında AR qanununa əsasən müvafiq risqləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortacı ilə icbari sığorta müqaviləsi protokol tərtib olunan günədək bağlanmadığı üçün X2 haqqhesablarının ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğu üçün X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və sonuncu İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. - “İnzibati tənbeh vermə haqqında” 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X5 24 oktyabr 2024-cü il tarixdə İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Dağlıq Şirvan Regional şöbəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, altsistem vasitəsilə aparılan təhlillər zamanı tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən, inzibat haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 11:00-da X8 Xidmətinin Dağlıq Şirvan Regional şöbəsinə dəvət olunmuşdur. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin müzakirə zamanı təqdim edilməsi tələb olunmuşdur. - xx.xx.2024-cü il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi"ndən görünür ki, X5 ilə "xxxx" ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. İXM-in Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərini və icraatın aparılması qaydasının əsaslarını müəyyən edən İXM-in 127- 4.1-ci maddəsində qeyd edilir ki: Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 127-3-cü maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-in 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Normanın tələbindən göründüyü kimi, İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemləri vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. İşdə olan X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, altsistem vasitəsilə aparılan təhlillər zamanı onun tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmiş və o, inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da X8 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə dəvət olunmuşdur. Daha sonra, xx.xx.2024-cü il tarixdə X5 barəsində MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən X8 Xidmətinin Hüquq İdarəsinin iş materiallarına əlavə etdiyi məlumatı əsasında müəyyən edilmişdir ki, xidmətin sözügedən elektron informasiya sistemində mövcud olan məlumatlar işəgötürənlər tərəfindən daxil edilir və daxil edilən məlumatlara Xidmətin vəzifəli şəxsi tərəfindən baxış zamanı pozuntu müəyyən edildiyi halda bununla bağlı İXM-nın tələblərinə əsasən müvafiq tədbirlər (fakt ilə bağlı işəgötürənə bildirişin göndərilməsi, izahatların alınması və s.) görülür. Həmin sistemin təhlil aparmaq və ya pozuntuları müəyyən etmək kimi hər hansı funksionallığı mövcud deyildir. Habelə, pozuntunu texniki imkanlar vasitəsi ilə aşkara çıxararaq birbaşa elektron protokol və ya qərar tərtib edən elektron informasiya sistemlərindən fərqli olaraq sözügedən sistem işəgötürənlər tərəfindən məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuş və işçilərin əmək müqaviləsi məlumatları, habelə inteqrasiya vasitəsi ilə icbari sığortalanma ilə bağlı məlumatlar daxil edilir ki, həmin məlumatların yoxlanılmadan elektron qaydada icraatın aparılması İXM-nın prinsiplərinə ziddir və faktiki olaraq mümkün deyildir. Eyni zamanda X5 tərəfindən məhkəməyə verilən izahatdan göründüyü kimi xx.xx.2024-cü ilə kimi işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının həyata keçirilmədiyi müəyyən edilərək inzibati xəta haqqında iş üzrə icraata başlanma ilə bağlı “əmək müqaviləsi bildirişləri” alt sistemi ilə ilkin xəbərdarlıq edilmiş, habelə X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkib əlamətləri olduğundan Xidmətə dəvət olunmuş və həmin bildirişlər poçt vasitəsi ilə rəsmi qaydada göndərilmiş və Xidmət tərəfindən edilən hərəkətlərdən sonra işçilərin icbari sığortalanması həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Azərbaycan Respublikası ƏƏSMN yanında Müfəttişliyi Xidməti Dağlıq Şirvan regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X3 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 128-134-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası ƏƏSMN yanında Müfəttişliyi Xidməti Dağlıq Şirvan regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-56/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-56/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver