Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-563/2024 26.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, iştirakları ilə, xx.xx.1984-cü ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu rayonu Gəgəli kəndində yerləşən su arxının üzərindən keçən köhnə metal körpünün 60 manat dəyərindəki metal üzlüyünü oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 08 noyabr 2024-cü il tarixdə səhər saatlarında balıq tutmaq üçün yaşadığı kəndin qərb hissəsində yerləşən Cavanşir gölünə piyada, tilovla balıq tutmaq üçün getmişdir. Cavanşir gölünə gedən piyada yol kəndin əkin sahələrindən keçən su arxından keçdiyi üçün o, da həmin istiqamətdə gedərkən su arxının üzərində olan uzun illər əvvəl istifadə edilmiş, lakin hal-hazırda istifadə olunmayan körpünün metaldan olan döşəməsinin yararsız vəziyyətə düşməsini görmüşdür. O, Cavanşir gölünə gedərək bir neçə saat sonra həmin yolla kəndə qayıdarkən yenidən həmin körpünün yanından keçmiş, metal körpünün yararsız metaldan olan döşəmələrini həyətinə apararaq istifadə etməsi qərarına gəlmişdir. O, həmin körpünün metaldan olan 16 ədəd dəmir lövhələrini götürərək yaşadığı Ağsu rayonu Gəgəli kəndində yerləşən həyətinə gətirmiş, sonradan həmin dəmir lövhələrdən 3 ədədini istifadə edərək həyətyanı sahəsində bağ sahəsinin arasına qapı düzəldərək quraşdırmış, qalan metal lövhələri isə aramsız yağışlar yağdığı üçün istifadə edə bilməyib həyətinin giriş qapısnın sağ tərəfinə qoymuşdur. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 2024-cü ilin may ayından hal-hazıradək Ağsu rayonu Gəgəli kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. 12 noyabr 2024-cü il tarixdə kənd sakinləri ilə söhbət zamanı Ağsu rayonu Gəgəli kəndinin qərb hissəsində yerləşən köhnə su arxanın üzərində uzun illər əvvəl quraşdırılmış, dəmir konstruksiyadan olan körpünün döşəmə hissəsini naməlum şəxs və ya şəxslər aparmasını eşitmiş, bunu eşitdikdən sonra həmin körpünün yerləşdiyi əraziyə getmiş, vizual olaraq körpünün olduğu yerə baxarkən həqiqətən də körpünün döşəmə hissəsində olmuş metal lövhələrin yerində olmadığını görmüşdür. O, körpünün foto şəkillərini mobil telefonuna çəkərək, Gəgəli kənd bələdiyyəsinin üzvü olan və əvvəllər Gəgəli kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Fariz Xəlilliyə göndərərək hadisə ilə bağlı onunla telefon əlaqəsi saxlayıb məlumat vermişdir. Fariz Xəlilli ilə telefon əlaqəsi zamanı o, körpünün metaldan olan döşəməsini həmkəndlisi Nabil Qaçay oğlunun oğurlaya biləcəyini, Nabil Qaçay oğlundan şübhələndiyini bildirmişdir. Sonra o, Ağsu rayon Polis Şöbəsinə gələrək hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarına əlavə edilən “İnzibati xəta haqqında” 26 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs Ağsu rayonu Gəgəli kəndində yerləşən su arxının üzərindən keçən köhnə metal körpünün 60 manat dəyərindəki metal üzlüyünü oğurlamışdır. İş materiallarına əlavə edilən Ağsu Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, Ağsu Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarı, “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli protokol və digər iş materialları ilə təsdiq olunur. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsluliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 26 noyabr 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-563/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-563/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver