Məhkəmə qərarları › İş №3(016)-571/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-571/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-571/2024 24.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati Xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni nümayəndəsi X1, nümayəndəsi və vəkiliAbbasov Nizami Noruz oğlunun iştirakları ilə "xxxx" MMC tərəfindən X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə audio və video aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC tərəfindən X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında İnzibati Xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, şikayət əsassızdır, şikayət vermə müddəti keçib deyə şikayəti qəbul etmirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, həmin vaxtda Sevda adlı xanım işləmirdi. Avqust ayında həmin xanım gəlmiş, xəmir yeməkləri hazırladığını bildirmişdir. O da sentyabr ayında sənədləri gətirərsiz başlayarsız demişdir. Ona böhtan atıldığını, həmin vaxt Sevda adlı şəxsin orada işləmədiyini bildirərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta Bakı şəhəri, Yasamal rayonunun ərazisində törədilmişdir. Məhkəmə işin aidiyyəti üzrə inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair proses iştirakçısının fikrini soruşmuş və proses iştirakçıları işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişdirlər. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə hesab edir ki, X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş şikayət baxılması üçün Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatına daxil olan material ilə bağlı məhkəmə aidiyyatı vaxtında, dəqiq və aydın müəyyən edildiyi təqdirdə növbəti mərhələdə işə baxılarkən prosessual müddətlərə ciddi əməl edilməklə işin mahiyyəti üzrə həll edilməsi inzibati məsuliyyət üçün müəyyən olunan müddətlərin də pozulmamasını təmin etmiş olur. Yuxarıda göstərilənlərə və İXM-in 106, 109, 110 və 112-ci maddələrinə əsasən, QƏRARA ALDİM: "xxxx" MMC tərəfindən X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət və ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar