Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-590/2024 27.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Kürdəmir rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs müayinəsi zamanı narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Buna görə də, onun barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 izahat verərək göstərdi ki, xx.xx.2024-cu ıl tarixdə saat 15:15 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X1, X2, X5 iştirakı ilə Ağsu rayonu ərazisində keçirilən əməliyyat axtarış tədbirləri zamanı üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Ağsu rayonu, Qaraşlı kəndi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onların təklifi əsasında Şəxs əynində olan şalvarın qabaq sağ yan kiçik cibindən yaş rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Bu səbəbdən, Şəxs RPŞ-nə gətirilmişdir. Barəsində İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulumuş ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 1-2 ildir ki, istifadə edir. Heç kimdən narkotik vasitə almamışdır. xx.xx.2024-cü il tarixdə saat 15:15 radələrində Ağsu rayonu Təklə kəndi ərazisində piyada gəzərkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhələrin olduğunu bildirib videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmiş, axtarış zamanı kiçik cibinindən balaca bir büküm tapmışlar. Bükümün orda olmasından xəbəri olmamışdır. Marixuanadan 4-5 ay bundan əvvəl istifadə etmişdir, lakin cibində onun olmasından xəbəri olmamışdır. Narkotik vasitələrdən asılılığı yoxdur, ara-sıra istifadə etmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs narkotik vasitə olan marixuananı istehlak etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 27 dekabr 2024-cü il tarixli, 2028 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobioiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyndən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 27 dekabr 2024-cü il tarixli, 18/984 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki təmiz çəkisi – 0,045 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşının raportu əsasında toplanmış HK-1/2443 saylı material üzrə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2, 234.4.3-1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi, barəsində İXM-in 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Kürdəmir RPŞ-nin İTB-nə göndərilməsi, Şəxs cəza təyin edərkən onun xx.xx.2024-cü il tarixdə saat 17:00-da xx.xx.2024-cü il tarixdə saat 13:00-a kimi müddətdə şübhəli şəxs qismində tutulması eləcə də məhkəmə narkoloji ekspertizasının rəyinin alınması, üzərindən aşkar edilmiş 0.045 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0.025 qramının məhv edilməsi üçün İTB-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Göründüyü kimi, Şəxs narkotik vasitə olan marixuana istehlak etməsi, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 206-cı maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 206-cı maddəsinə əsasən, Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: 1. Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.
2. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin səmimi peşmanlığı inzibati məsluliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən İXMin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs 26 dekabr 2024-cü il tarixdən, saat 15:15-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun saxlanıldığı vaxtdan, yəni 26 dekabr 2024-cü il tarixdən, saat 15:15-dan hesablanmalıdır. İXM-in 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-in 37.5-ci maddəsinə əsasən, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 27 dekabr 2024-cü il tarixli rəyini nəzərə alaraq, habelə istinad olunan maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir.
Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 49-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 26 dekabr 2024-cü il tarixdən, saat 15:15-dən hesablansın. Qərarın icrası Kürdəmir rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Anar Əsgərov