Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-61/2024 21.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Ağsu rayonu, Bəyimli kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Bəyimli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-1182/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1182/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs 60000 manat məbləğində pul alınaraq iddiaçı X2 verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olubolmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Borcu hazıradək 2300 manat ödəniş etmiş, hazırda da 200 manat ödəniş etmişdir. Barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1182/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, ondan 60000 manat məbləğində pul alınaraq iddiaçı X2 verilməlidir. Qeyd olunan icra işi üzrə o, CM-in 306-cı maddəsi ilə 1 il müddətinə həbs cəzası almış, 06 noyabr 2022-ci il tarixdə həbsdən çıxmışdır. Hal-hazırda heç bir yerdə işləmir. 1000 manat ödəniş etmişdir. O, məşğulluq mərkəzinə müraciət etmiş, 2023cü ilin mart ayından rəsmi iş yeri ilə təmin olunacaqdır. Onun kənd təsərrüfatı təyinatlı 0,60 sot torpaq sahəsi vardır. Hazıradək sata bilməmişdir. Satsa borcundan ödəyəcəkdir. Bu gün 200 manat ödəniş etmişdir. Bu səbəbdən, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 60000 manat məbləğində pul alınaraq iddiaçı X2 verilməlidir. - İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1182/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(016)-42/2021 saylı hökmün surətindən görünür ki, Şəxs CM-nin 306-cı maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - İnzibati xəta haqqında 21 fevral 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1182/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 60000 manat məbləğində pul alınaraq iddiaçı X2 verilməlidir. Hazırda borcu 57700 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında görünür ki, icra sənədi üzrə icra işi xx.xx.2018-ci il tarixdə başlanılmış və borclu həmin tarixdən hazıradək 60000 manat borcdan 2500 manat ödəniş etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-61/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-61/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver