Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-64/2024 21.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxsnın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Ağsu rayonu, Padar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Padar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Ağsu rayonu, Padar kəndində atası Kərimov Paşa ilə birgə yaşayır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə imiş, azyaşlı övladı gəlib ona həyat yoldaşı Çinarənin onu çağırdığını demiş, o eyvana çıxmış, qardaşı Qahirin həyətdə Çinarə ilə uca səslə danışaraq, nalayiq ifadələr işlətməsini görmüşdür. Sonra o, qardaşı Zərərçəkmiş şəxs eyvana gəlməsi üçün çağırmış, Qahir onu görüb yenə də uca səslə danışa-danışa, söyüş söyərək ona tərəf gəlib eyvana ayaqqabı ilə çıxmış, ondan nə istədiyini soruşmuş, Qahir hansısa sənədin onda olduğunu bildirmiş və ona geri qaytarmasını istəmişdir. Lakin o, Qahirə ona inad heç bir sənədin onda olmadığını bildirmişdir. Bu zaman atası Kərimov Paşa da onların yanında olmuş sonradan həyat yoldaşı Çinarə də gəlmişdir. Zərərçəkmiş şəxs onunla mübahisə etdiyi zaman uca sələ danışıb söyüş söymüş, onun üstünə gələrək yaxasından yapışmış, ona qarşılıq verərək o da onun yaxasından yapışmışdır. Lakin Zərərçəkmiş şəxsla olan bu mübahisəni dayandırmaq üçün həyat yoldaşı Çinarə və atası Paşa bir neçə dəfə Qahiri kənara çəmək istəmiş, Zərərçəkmiş şəxs sakitləşməyib yenə də onun üstünə gəlmişdir. Mübahisə zamanı Qahir onu sözlə hədələyərək öldürəcəyini, ailəsi ilə birgə yaşadığı evdən çıxmasını tələb etmişdir. Mübahisə zamanı Qahir ailəsinin yanında nalayiq ifadələr işlətmiş, o da ona qarşılıqlı olaraq söyüşlə cavab vermişdir. Mübahisə Qahir tərəfindən davam etdirilmiş, o, Qahirin yanından ayrılaraq həyətə düşmüş, Qahir sakitləşmədiyi, həyətdən çıxmadığı üçün 102 xidmətinə zəng edərək müraciət etmişdir. Sonra o, gündəlik təsərrüfat işləri ilə məşğul olmaq üçün həyətində olan iri buynuzlu heyvanları saxladığı tövləyə getmiş, heyvanları su içməyə buraxmış, Qahirin onu təhqir etməsini eşitmişdir. Sonra o həyətdən çıxaraq küçədə öz avtomobilinin yanında dayanmışdır. Barəsində yüngül inzibati tənbeh tədbirei tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Ağsu rayonu, Padar kəndində atasına məxsus fərdi yaşayış sahəsi var. xx.xx.2024-cü il tarixdə anası vəfat etdiyi üçün o, Bakı şəhərindən Ağsu rayonu, Padar kəndinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə o, atası Paşa Kərimovu onun yaşadığı evə düşürmək üçün gəlmiş, həmin zaman ona məxsus olan evin sənədləri qardaşı Şəxs olduğu üçün ondan evinin sənədlərini istəmək üçün həyətə girmiş, həyətdə olan Qadirin həyat yoldaşı Kərimova Çinarəni görmüş, ondan evinin sənədlərini gətirməsini istəmişdir. Həmin zaman Şəxs evdən eyvana çıxmış, o, da ona yaxınlaşmaq üçün evin ikinci mərtəbəsində olan eyvanına çıxmışdır. Qadirə ona əvvəlcədən verdiyi evin sənədlərini gətirməsini bildirmiş, həmin zaman Qadir ona nalayiq ifadə ilə cavab verərək ona heç bir sənəd verməyəcəyini, sənədləri ona verəcəyi müqabilində 5.000 manat pul istədiyini bildirmişdir. Bu zaman Çinarə də onların yanına gəlmiş, səs-küy salaraq mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şəxs onun yaxasından yapışmış, nalayiq ifadələr işlətmiş, onu təhqir etmiş, ona evdən çıxmasını bildirmişdir. Sonra eyvanda olan dəmir su qabını (kuruşka) götürmüş, onun üstünə gəlmiş, vurmaq istəmiş, o, əli ilə özünü müdafiə etmiş, atası Paşa və Çinarə Qadirlə onun arasına girmişlər. O, evin içərisindən Qadirin az yaşlı qızının olanları telefona çəkdiyini görmüş, yaxasını Qadirin əlindən qurtarmış, Qadir nalayiq ifadələr işlədərək söyüşlər söymüş, stolun üstündə olan bıçağı götürüb onun üstünə gəlmişdir. Həmin zaman o, atası Paşadan və Çinarədən onların işinə qarışmamalarını xahiş etmiş, lakin Şəxs onun üstünə bıçaqla gələrək vurmaq istədikdə atası Paşa və Çinarə ona mane olmuşdur. Bu zaman Çinarə əlində qan ləkəsi olduğunu bildirmiş, ona onu yaraladığını demiş, onu şərləmək istədiyini başa düşmüş və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mübahisə zamanı onun sol əlinin iç səthində xəsarət olmuşdur. Lakin o, aldığı xəsarəti mübahisə zamanı Qadirin onu dəmir qabla yaxud da bıçaqla yetirməsini bilmir, 102 xidmətinə zəng etdikdən sonra Qadir ondan kənarlaşmış, ailə üzvlərini, atasını və vəfat etmiş anasına da söyüşlər söyərək təhqir etmiş, qanunsuz saxladığı ov tüfəngi ilə vuracağını demişdir. Bundan sonra atası Paşa onu qolundan tutaraq küçəyə çıxarmış, küçədə qapının ağzında saxladığı avtomobilinə əyləşib kənara çəkərək polislərin gəlməsini gözləmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən Ağsu Rayon Polis X3 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şəxs barələrində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmiş, həmin şəxslər arasındakı profilaktiki söhbətlərin artırılması və nəzarətin gücləndirilməsi məqsədilə “münaqişəli ailələr” kimi qeydiyyata götürülməsi üçün Ağsu RPŞ-nin İTB-yə göndərilmişdir. İş materialına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 35 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlin İV barmağın uc falqasının ön səthi qançır və sol əlin ovuc səthində dərinin epideris cırılmış yarası küt – bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin olunmur. İş materialına əlavə edilən Ağsu Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 3(016)- 75/2022 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. İş materialına əlavə edilən “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata Şəxs ərizəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis X3 qərarı, “İnzibati xəta haqqında” protokol və Məhkəmə Tibbi Ekspertiza və X1 X6 xx.xx.2024-cü il tarixli, 35 saylı ekspert rəyi ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-64/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-64/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver