Məhkəmə qərarları › İş №3(016)-65/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-65/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-65/2025 14.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 vəsatətlə məhkəməyə müraciət edərək, 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət vermə müddətini üzürlü səbəbdən ötürdüyünə görə həmin müddətin bərpa edilməsini və bu əsasda şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar 04 fevral 2025-ci il tarixdə ona verilmişdir. Həmin vaxtadək o, qərardan xəbərsiz olmuşdur. Odur ki, bu qərardan məhkəməyə şikayətetmə müddətinin ötürülməsi onun üçün üzürlü hesab edilməlidir. X2 məhkəmə iclasında vəsatətdə göstərilənləri müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 Baş Dövlət Yol Polisi İdarəsinin 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməli və qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 Baş Dövlət Yol Polisi İdarəsinin 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarını xx.xx.2025-ci il tarixdə qəbul etmiş, həmin qərardan şikayət ərizəsi isə xx.xx.2025ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, həmin qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polisi İdarəsinin 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməli və qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1 və 130.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Baş Dövlət Yol Polisi İdarəsinin 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin 26 dekabr 2024-cü il tarixli, EQ 25241349 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar