Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-66/2024 07.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Ağsu şəhəri Azərbaycan küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, 10:55-də Bakı-Şamaxı-Yevlax yolu 17-ci km Yevlax İst-də sahibliyində olan “HYUNDAİ SONATA” minik markalı, “**-XN-***” dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 20km/saat həddini aşmasına görə İXM-nın 328.2-ci maddəsinə əsasən barəsində cərimə tətbiq edilmiş və yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli EQ seriyali, 14501146 saylı qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:55-də Bakı-Şamaxı-Yevlax yolu 17-ci km Yevlax İst-də sahibliyində olan “HYUNDAİ SONATA” minik markalı, “**-XN-***” dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 20km/saat həddini aşmasına görə İXM-in 328.2-ci maddəsinə əsasən Şəxs barəsində 10 manat məbləğində cərimə tətbiq edilmişdir. - İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP seriyalı, ******* saylı protokoldan göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə, 10:55-də Bakı-Şamaxı-Yevlax yolu 17-ci km Yevlax İst-də sahibliyində olan “HYUNDAİ SONATA” minik markalı, “**-XN- ***” dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 20km/saat həddini aşmasına görə İXM-in 328.2-ci maddəsinə əsasən barəsində cərimə tətbiq edilmiş və yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ seriyali, 14501146 saylı protokol üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununlada İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - 1389523061 nömrəli, xx.xx.2024-cü il tarixli Ödəniş qəbzindən görünür ki, EQ seriyali, 14501146 saylı protokol üzrə borc ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs məhkəmə qərar qəbul edənədək inzibati tənbeh tətbiq etmə haqqında qərar ilə təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu tam olaraq ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında tam sübuta yetirilmişdir. Lakin o, məhkəmə qərar qəbul edənədək inzibati tənbeh tətbiq etmə haqqında qərar ilə təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu tam olaraq ödədiyindən İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(016)-66/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-66/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver