Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-7/2023 27.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X7, X1, Ağsu rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə Aparıcı Məsləhətçi-X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Ağsu şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-66/2021 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X15 borclu Şəxs alınaraq X6 verilməlidir. Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)- 66/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X13 tərəfindən 26 sentyabr 2022-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağsu Rayon Məhkəməsinin 3(016)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Həmin qərardan tələbkar X9 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(107)-409/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə X1 şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 3(016)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 izahat verərək göstərdi ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-66/2021 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X15 borclu Şəxs alınaraq X6 verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Borclu Ağsu rayon İcra və Probasiya İdarəsinə uşaqları ilə birgə gəlmişdir. O, həmin sənədi icra edərkən uşaqlar anasına könüllü getməkdən imtina etmişlər və həmçinin borclu Şəxs da uşaqların analarına verilməsinə mane olmuşdur. Odur ki, onun barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onların X9 ilə birgə nikahından iki oğlu olmuşdur. Arvadı avtomobil qəzası keçirmiş və ondan sonra uşaqlara o baxmışdır. X9 ilə nikahları 2018-ci ildə pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən uşaqlar analarına verilməlidir. Lakin halhazıradək uşaqlar onun yanında qalmışdır. Uşaqlara onun anası baxmışdır. Oğlu eşitmə əngəlli olduğu üçün dövlət hesabına 45000 manatlıq əməliyyat olunmuş və uşağın qulağına eşitməsini yaxşılaşdırmaq üçün xüsusi aparat taxılmışdır. Həmin aparatın qiyməti 800 manat olan batareyası tez-tez dövlət hesabına dəyişdirilir, çünki onun imkanı yoxdur. İlk dəfə həmin batareyanın dəyişdirilməsi üçün icraya gələ bilməmiş, lakin bundan sonra icraya gəlmiş və gələrkən də özü ilə uşaqları gətirmişdir. Onun icradan yayınmaq fikri olsa uşaqları Bakıdan gətirməzmiş. Lakin icra qurumundan uşaqlar analarına getmək istəməmişlər, onun arxasına keçərək ayağından yapışmışlar, güclü stres keçirdiklərindən o, uşaqlardan aralanmalarını xahiş etmişdir, çünki uşaqlar körpədir və biri danışma əngəllidir. Buna sübut olaraq video görüntüləri məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən barəsində olan protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 izahat verərək göstərdi ki, Şəxslə 2014-cü ildə ailə həyatı qurmuşdur. Onlar Bakıda kirayədə Natiqin anası ilə birlikdə qalmış, 2018-ci ildə oğlu Afiqlə piyada keçidindən keçərkən onları maşın vurmuş, o, sağ gözündən zədə almışdır. Oğlu Afiqdə həmin gündən lallıq və karlıq yaranmışdır. Ondan sonra əri onu bəyənməmiş, hər gün döyüb işgəncə vermişdir. Şəxs azyaşlı uşaqlarını Bakı küçələrində diləndirməklə məşğuldur. Şəki Apellyasiyasının qərarı ilə uşaqlar ona verilmişdir. Hazırda uşaqlar gəlsələr də onunla yaxından ünsiyyət qurmamışdırlar, çünki uzun müddətdir ki, uşaqlarını görməmişdir. X3 Natiq Akif oğlu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. - Məhkəmə iclasında psixoloq X14 izahat verərək göstərdi ki, hal-hazırki vəziyyətdə uşaqlar anaya getmək istəmirlər. Onlar atalarının yanında qalmaq istədiklərini bildirdilər. Belə ki, onların atada qalmaları məsləhətdir, neçə dəfə probasiyada eyni hadisə olub. Hazırkı vəziyyətdə uşaqların atadan alınıb anaya verilməsi onların pisixi sağlamlığına mənfi təsir göstərə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-66/2021 saylı icra vərəqindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X15 borclu Şəxs alınaraq X6 verilməlidir. - Həmin icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişlərindən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. - İş materiallarına əlavə edilmiş video görüntülərdən görünür ki, uşaqlar analarına getmək istəmirlər, onların atalarının arxasında dayanıb onun ayağını qucaqlayırlar. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X10 alınaraq X6 verilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-66/2021 saylı icra sənədinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmək üçün uşaqları bir neçə dəfə icra qurumuna gətirmiş, lakin icra prosesi vaxtı uşaqlar analarına getmək istəməmişdir. Həmçinin, məhkəmə iclasında uşaqlardan hansı valideynin yanında qalması soruşulmuş, onlarda ataları ilə qalmaq istədiklərini bildirmişlər. İclas zamanı ana uşaqlarının yanına gedərək ona gəlməsini bildirsə də, uşaqlar onun yanından qaçaraq atalarının ayaqlarını qucaqlamışlar. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyasi hüququ var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda (maddə 53.0.3) inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı heç bir sübutun olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 53, 105.1, 106-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-7/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-7/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver