Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-7/2025 10.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu rayonu, Kəndoba kəndində nəvəsi X8 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ona İstintaq Bölməsindən vətəndaşın İXM-in 157-ci maddəsində nəzərdə tutulan xəta törətməsi ilə bağlı məlumat vermişlər. O, vətəndaşları dəvət etmiş, barışıq təklif etmişdir, lakin barışıq əldə olunmamışdır. Bu səbəbdən də, barəsində İXM-in 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2018-ci il tarixdə qızı X16 qardaşı oğlu Xəlilli Seyran ilə evlənmişdir. Birgə nikahdan Seyran və Ağgülün xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. İlk əvvəllər Seyran və Ağgülün münasibətləri yaxşı olsa da, sonradan onların münasibətləri pisləşdiyi üçün 2024cü ilin avqust ayından etibarən Ağgül Sübhan və Sarayı da götürüb onun yaşadığı Ağsu rayonu, Kəndoba kəndində yerləşən evə gələrək orada yaşamağa başlamışdır. Bundan sonra Ağgül həmçinin boşanma üçün Ağsu Rayon Məhkəməsinə də müraciət etmişdir. 24 noyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə imiş. Bu vaxt evdə ondan başqa yalnız nəvəsi Sübhan var imiş. Bir qədər keçdikdən sonra nəvəsi Sübhan evdə ağlamağa başlamışdır. O, Sübhana nə üçün ağladığını dedikdə Sübhan babası Habilin yanma getmək istədiyini bildirmişdir. Bu vaxt o, əsəbləşərək Sübhana yaxınlaşıb onun qulağından yapışaraq dartmış və üz nahiyəsinə sillə ilə vurmuşdur. Bundan sonra Sübhanı Ağsu şəhəri ərazisində yaşayan babası Habilin yanma gətirmişdir. Daha sonra o, geri qayıdaraq yaşadığı evə gəlmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, oğlu X13 2018-ci ildə qardaşı Şəxs Xərigülla oğlunun qızı X16 ilə evlənmişdir. Seyran və Ağgülün birgə nikahdan 2019-cu il təvəllüdlü X12 və 2020-ci il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Sonradan onların münasibətləri pisləşdiyi üçün 2024-cü ilin avqust ayından etibarən onlar ayrı yaşamağa başlamış və boşanma üçün Ağsu Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin vaxtdan nəvələri Sübhan və Saray Ağsu rayonu, Kəndoba kəndində Ağgül və Yunuslə bərabər yaşayırmışlar. 24 noyabr 2024-cü il tarixdə saat 20:30 radələrində yaşadığı evdə olarkən arvadı X4 və oğlu Seyran da evdə imişlər. Bu vaxt Dilarə evin həyətinə düşüb 1 dəqiqə sonra geri qayıtmışdır. Bu vaxt nəvəsi Sübhanın üz nahiyəsində xəsarətlər olduğunu görmüşdür. Bu vaxt o, təcili nəvəsi Sübhanı Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bu səbədən, Yunis İsgəndərov barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu rayonu, Kəndoba kəndində nəvəsi X8 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 312 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X7 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın alın, hər iki üz, çənə, boyun nahiyəsinin ön hissələrinin və hər iki qulaq seyvanının ön-arxa səthlərini əhatə edən çoxsaylı qansızmalarla müşahidə olunan dərinin epidermis qatının sıyrılmış yaraları, travmatik burun qanaxması - küt, bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Ağsu rayon X15 Bölməsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış HK-1/1143 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Ağsu RPŞ-in X3 göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, Ağsu rayon X15 Bölməsinin qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-7/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-7/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver