Məhkəmə qərarları › İş №3(016)-74/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-74/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-74/2025 01.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-da “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 14 dekabr 2024-cü il tarixdə Ağsu şəhəri, H.Əliyev küçəsində “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolda olan çuxuru görmüş və avtomobil çuxura düşməsin deyə sola çəkmək istəmiş, bu zaman eyni hərəkət zolağında hərəkətdə olan “Mercedes Benz C180” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə qarşı tərəfdə olan sərnişinlərin sağlamlığına zərər dəymişdir. Bu səbəbdən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, tanışı X2 məxsus “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili sürücülük vəsiqəsi olduğu üçün arabir özü alıb sürür. 14 dekabr 2024-cü il tarixdə saat 17 radələrində avtomobilə ehtiyacı olduğu üçün tanışı Ramil Cəfərovdan “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürmüşdür. Bundan sonra Ağsu şəhəri, H.Əliyev prospekti ilə Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkət etməyə başlamış, öz hərəkət zolağında hərəkətdə olan zaman məhkəmənin yaxınlığında yolda çuxur görüb avtomobili sola tərəf çəkmək istəmişdir ki, avtomobil çuxura düşməsin. Bu zaman hərəkətdə olduğu zolağda arxadan gələn “Mercedes Benz C180” markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görməmişdir. Həmin avtomobil onun hərəkətdə olduğu avtomobilin yanından ötüb keçmək istədikdə idarə etdiyi avtomobilin ön sol tərəfi “Mercedes Benz C180” markalı avtomobilin sağ ön hissəsinə dəymişdir. Hadisədən sonra “Mercedes Benz C180” markalı avtomobilin sürücüsü idarəetməni itirərək öz hərəkət zolağından çıxaraq əks istiqamətli hərəkət zolağına daxil olmuş və avtomobili yolun kənarında səkiyə dəydikdən sonra yerində fırlanıb sağ tərəfi üstə elektrik dirəyinə çırpılmışdır. Hadisədən sonra “Mercedes Benz C180” markalı avtomobilin içərisində olan şəxslər xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olsa da etibarnaməsi yoxdur, o həmin avtomobili təxminən 40-50 km/saat sürətlə hərəkət etmiş, ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Avtomobildə tək olmuş, yanında başqa heç kim olmamışdır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu rayon Polis şöbəsinin Təhqiqat Qrupunun xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxs barəsində İXMin 327.1, 327.8 və 332.1-ci maddələri ilə və sürücü X6 barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Ağsu rayon Polis şöbəsinin X11 Bölməsinə göndərilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-da “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.1, 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - MTE və PA birliyinin Göyçay rayon şöbəsinin 331 saylı rəyindən görünür ki, X5 məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthi üzərində aşkar edilmiş xəsarətlər vardır: sağ əlin İİİ falanqa sümüyünün qapalı sınığı-küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - MTE və PA birliyinin Göyçay rayon şöbəsinin 332 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthi üzərində aşkar edilmiş xəsarətlər vardır: sol bud-çanaq oynağının əzilməsi küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar