Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-8/2023 30.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 iştirakı ilə xx.xx.1986-cı ildə Ağsu rayonuda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu şəhəri Müşviq küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Ağsu rayonunda X2 döyərək xəsarət yetirmişdir. Bu barədə Ağsu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nəsirov Fərid tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun protokolda qeyd edilən inzibati xətanı törətmədiyini, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan xx.xx.2023cü il tarixdə məlumatı olduğunu, həmin qərarla razı olmadığını və ondan şikayət verəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan sonra məhkəmə iclası xx.xx.2023-cü il tarixə salınmış və həmin tarixdə Şəxs “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan şikayət verməsinə dair sənəd məhkəməyə daxil olmuşdur. Həmin şikayətə əsasən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan verilmiş şikayət üzrə çıxarılacaq qərar qanuni qüvvəyə minənədək inzibati işin icraatı dayandırılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Ağsu Rayon Prokurorluğunun məktubuna əsasən işin icraatı təzələnmiş və məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə tərəflər gəlməməsi səbəbi ilə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Hazırda məhkəmə iclasına da tərəflər gəlməmiş, buna baxmayaraq Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli, lakin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti ötdüyü üçün xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə tanışı X3 şəxsi münasibətlər zəminində döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. - 27 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Göstərilən Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, Şəxs barəsində 27 dekabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, lakin qeyd olunan qərarın qəbul edildiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq şəxs barəsində hər hansı inzibati tənbeh görülməmiş və xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Beləliklə, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsindən məhkəmə iclası gününədək 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutlmuş xətanı törətməsi iş materialları ilə sübuta yetirilsə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-8/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-8/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver