Məhkəmə qərarları › İş №3(016)-82/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-82/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-82/2025 02.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib edən şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, vətəndaş Şəxs bir neçə dəfə DİN-in 102 xidməti zən mərkəzinə zəng edərək Ağsu RPŞ-nin əməkdaşlarına nalayiq küçə söyüşləri ünvanlayaraq təhqir etmişdir. RPŞ-nə dəvət olunan zaman polisin qanuni tələblərinə tabe olmamış, bu səbəbdən barəsində protokol tərtib edilmişdir. Ona qanunamüvafiq cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək həmkəndlisi Vasif adlı şəxsdən şikayətçi olduğunu bildirdiyi zaman içkili olduğu üçün Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarını nalayiq küçə söyüşləri ilə söyərək bir neçə dəfə təhqir etmişdir. Daha sonra onunla polis əməkdaşları telefon əlaqəsi saxlamış, rayon polis şöbəsinə dəvət etmişlər, lakin o, gəlməyəcəyini bildirərək nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə yenidən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək onu Rayon Polis şöbəsinə dəvət etsələr də o, onlarla getməyəcəyini bildirərək, onların qanuni tələblərinə əməl etməyərək küçə söyüşləri söyməyə başlamışdır. Polis əməkdaşları ona ictimai qaydanı və ictimai asayişi pozduğunu bildirməklərinə baxmayaraq o, onların tələblərinə məhəl qoymamışdır. Daha sonra Rayon Polis Şöbəsinin əməkdaşları onu RPŞyə gətirmişlər. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə ediyi şəxs hadisəni törədən zaman sərxoş olmuşdur. Bu səbəbdən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, DİO-da 2024-cü ildən işləyir. xx.xx.2025-ci il tarixində Ağsu RPŞ-nin rəhbərliyinin göstərişi ilə Ağsu rayonu, Gəgəli kəndində yaşayan Şəxs RPŞ-nə dəvət olunaraq təmin olunması barədə göstəriş verilmişdir. Buna səbəb olaraq Şəxs adlı şəxsin DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək bir neçə dəfə Ağsu RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etmişdir. Bu səbəbədən də həmin şəxsi RPŞ-nə dəvət edərək barəsində qanuni tədbir görülməsi üzrə Ağsu RPŞ-nin rəhbərliyi tərəfindən CABdən ona və NMQ-nin ə/m-li polis baş leytenantı Musa Əlizadəyə göstəriş verilmişdir. Onlar xx.xx.2025-ci il tarixdə Şəxs RPŞ-nə dəvət edərək gəlməsini təmin etmək üçün onun yaşdığı ünvanda olmuşlar və onu RPŞ-nə dəvət etdikdə onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq ucadan səs-küy salaraq ünvanlı küçə söyüşləri söyərək təhqir etmişdir. Onlar vətəndaşı nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam etmiş, bu səbəbdəndən onlar vətəndaşı Ağsu RPŞ-nə gətirmiş və NH-yə təvhil vermişlər. Şəxs RPŞnin HN-də ucadan səs-küy salaraq iş fəaliyyətin pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2025ci il tarixində Ağsu RPŞ-nin rəhbərliyinin göstərişi ilə Ağsu rayonu, Gəgəli kəndində yaşayan Şəxs RPŞ-nə dəvət olunaraq təmin olunması barədə göstəriş verilmişdir. Buna səbəb olaraq Şəxs adlı şəxsin DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək bir neçə dəfə Ağsu RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etmişdir. Bu səbəbədən də həmin şəxsi RPŞ-nə dəvət edərək barəsində qanuni tədbir görülməsi üzrə Ağsu RPŞ-nin rəhbərliyi tərəfindən CAB-dən Şücayət Məmmədova və ona göstəriş verilmişdir. Onlar xx.xx.2025-ci il tarixdə Şəxs RPŞ-nə dəvət edərək gəlməsini təmin etmək üçün onun yaşdığı ünvanda olmuşlar və onu RPŞ-nə dəvət etdikdə onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq ucadan səs-küy salaraq ünvanlı küçə söyüşləri söyərək təhqir etmişdir. Onlar vətəndaşı nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam etmiş, bu səbəbdəndən onlar vətəndaşı Ağsu RPŞ-nə gətirmiş və NH-yə təvhil vermişlər. Şəxs RPŞ-nin HN-də ucadan səs-küy salaraq iş fəaliyyətin pozmuşdur. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 02 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs bir neçə dəfə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək Ağsu RPŞ-nin əməkdaşlarına nalayiq küçə söyüşləri ünvanlayaraq təhqir etmişdir. RPŞ-nə dəvət olunan zaman polisin qanuni tələblərinə tabe olmamışdır. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:50-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs məhkəmədə göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 02 aprel 2025-ci il tarixdən, saat 09:30-dan hesablansın. Şəxs 22 mart 2025-ci il tarixdən 24 mart 2025-ci il tarixədək inzibati qaydada tutulması nəzərə alınsın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar