Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-96/2025 10.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan XXX Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: XXX Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuş, Ağsu rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan “metanfetamini” əldə etməklə istehlak etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evin qarşısında ucadan səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamış, Polis şöbəsinə gətirilən zaman narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan XXX Şəxs izahat verərək göstərdi ki, təxminən 7 ay əvvəl psixotrop maddə olan patı kimi adlanan metanfetamini alüminium falqanın içərisinə doldurub, sonra yandırıb tüstüsünü ağzına, yəni siqaret çəkdiyi kimi çəkərək qəbul etmişdir. Təxminən bir ay əvvəl isə narkotik vasitə olan qurudulmuş marixuananı kağıza doldurub siqaret çəkdiyi kimi çəkərək qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları Ağsu şəhər ərazisində onu saxlayarkən özündən asılı olmayaraq onlara qarşı gəlmiş, bu səbəbdən onu polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır, bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, XXX Şəxs İXM-in 510, 535.1 və 206-cı maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəm tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 10 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, XXX Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı evin qarşısında ucadan səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamış, Polis şöbəsinə gətirilən zaman narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmişdir. - 09 aprel 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən, XXX Şəxs xx.xx.2025-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. - 09 aprel 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, XXX Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:40-da inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 09 aprel 2025-ci il tarixli, 546 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, XXX Şəxs narkotik vasitə olan kannabinoidlərdən və psixotrop maddə olan metanfetamin epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, vətəndaş XXX Şəxs barəsində İXM-in 206-cı maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, XXX Şəxs ictimai qaydanı pozmasını, ünvansız küçə söyüşləri söyməsini, polis əməkdaşlarının qanuni tələblərini pozmasını və eyni zamanda narkotik vasitə olan marixuanadan istifadə etdiyini özünün etirafı, “İnzibati xəta haqqında” protokollar və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan XXX Şəxs İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. XXX Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. XXX Şəxs hadisə zamanı sərxoş olması inzibati məsuliyyəti ağırlaşdıran haldır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, XXX Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən XXX Şəxs barəsində İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, XXX Şəxs İXM-in 206, 510 və 535.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: XXX Şəxs İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 09 aprel 2025-ci il tarixdən, saat 20:40-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-96/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-96/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver