Məhkəmə qərarları › İş №3(017)-1021/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-1021/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-1021/2023 11.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Paşayev Babək Zahid oğlunun katibliyi ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Ağcabədi rayonunun Poladlı kəndində anadan olmuş, orta tahsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Poladlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, Ağcabədi rayon Məhkəməsinin 2(017)-1062/2023 nömrəli 21 iyun 2023-cü il tarixli icra vərəqinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərdi ki, o, icra məmurunun qanuni tələbindən heç vaxt imtina etməmişdir. O, tələbkara olan borcundan hər ay 400 manat ödəniş edir. Lakin yaxın qohumu vəfat etdiyi üçün başı yas mərasiminə qarışmış, ona görədə son iki ay ödəniş edə bilməmişdir. O, tələbkarla razılığa gəlmişdir ki, qısa müddətə iki ayın pulun bir yerdə yəni 800 manat ödəniş edəcəkdir. Odur ki, göstərilən xüsusatları nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Ağcabədi rayon Məhkəməsinin 2(017)-1062/2023 nömrəli 21 iyun 2023-cü il tarixli icra vərəqi üzrə tələbkara 10730 manat borcu vardır. Şəxs tələbkarla öz aralarında razılığa gəlmişlər hər ay tələbkara 400 manat ödəniş etməli olduğu halda iki ay ödəniş etməmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ağayeva X1 rayon Məhkəməsinin 2(017)-1062/2023 nömrəli 21 iyun 2023-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni çağırışlarına getmiş, tələbkara olan borcunu hər ay ödəniş etmiş, son iki ay etmədiyi ödənişləri isə tələbkarla razılışaraq qısa müddətə 800 manat ödəniş ödəycəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs icra sənədini icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi göstərilsə də, Şəxs 10730 manat borcundan hər ay 400 manat ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununlada sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası vətəndaşıdır, Ağcabədi rayonunun Poladlı kəndində yaşayır, icra məmurunun qanuni tələblərindən yayınmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda hesab edirəm ki, Şəxs borcunun bir hissəsini ödədiyi üçün əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar