Məhkəmə qərarları › İş №3(017)-1022/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-1022/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-1022/2023 11.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzbati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair Ucar Rayon Məhkəməsindən daxil olmuş materiala baxaraq, m ü ə y y ə n e t d i m: X3 ərizə ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzbati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə baxmağa hazırlıq zamanı müəyyən olundu ki, X1 şəhəri Ş.Fərzəliyev küçəsi ev 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “inzibati xəta haqqında iş üzrə qərar yenidən baxılma”ya aid 17-ci fəslinin tələblərinə uyğun olaraq Ucar Rayon Məhkəməsinə müraciət olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi” məsələsini həll edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda qeyd edilən qanunun tələbindən görünür ki, X3 Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzbati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Ucar Rayon Məhkəməsində baxılmalıdır. Ona görə hesab edirəm ki, X3 Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzbati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti yaşadığı yer üzrə Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 132.1, 132.2-ci maddələrini rəhbər tutaraq, qəraraalıram: X2 Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzbati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati material aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Hakim: Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar