Məhkəmə qərarları › İş №3(017)-11/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-11/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-11/2023 13.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 29 oktyabr 2022-ci il tarixdə saat 2300 radələrində yaşadıqları Ağcabədi şəhəri 556 saylı qəsəbədə yerləşən evdə yoldaşı X3 ilə aralarında yaranamış münaqişə zamanı İbrahimova Ləyaqəti döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, X2 qarşı zorakı hərəkətlər etməklə onu döyməsini, əməlindən peşman olmasını və hazırda İbrahimova Ləyaqət ilə barışdığını bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs X3 izahat verərək bildirdi ki, 29 oktyabr 2022-ci il tarixdə saat 2300 radələrində yoldaşı Şəxs ilə yaşadıqları Ağcabədi şəhəri 556 saylı qəsəbədə yerləşən evdə aralarında mübahisə yaranmış, mübahisə zamanı yoldaşı Şəxs onu döymüşdür. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Belə olan halda, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar