Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-1140/2023 14.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu, məhkəmə iclas katibi Paşayev Babək Zahid oğlunun katibliyi, Ağcabədi rayon prokurorluğunun böyük köməkçisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs – xx xxxxxxx 1967-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olur, ailəli, Ağcabədi şəhəri H.Aslanov küçəsi ev 342-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 17 noyabr 2023-cü il tarixdə Ağcabədi şəhəri H.Aslanov küçəsi ev 342də yaşadığı evdə qızı Zərərçəkmiş şəxs ilə aralarında yaranamış mübahisə zamanı Zərərçəkmiş şəxs şillə ilə vurmuş və ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, uzun müddət alver etmək üçün Ukrayna Respublikasına gedib-gəlmişdir. Qızları Tünzalə və Sevinc ailəsindən ayrılıb onun evinə gəlib orda yaşamışlar. Qızları ailə quran zaman onlara cehiz əşyaları alıb vermişdir. Həyat yoldaşı X3 ilə xasiyyətləri birbirinə uyğun gəlmədiyi üçün rəsmi olaraq ayrılmışlar. 17 noyabr 2023-cü il tarixdə evə gələn zaman görmüşdür ki, həyətində tanımadığı bir şəxsin avtomobilinə qızları Sevinc və Tünzalə evdə ona aid əşyaları avtomobilə yükləyirlər və onun dərmanlarını həyətə atmışlar. Onlara iradını bildirmiş, bu nə hərəkətdi edirsiniz dedikdə qızları ilə Tünzalə və Sevinc onun üzərinə hücum etmişlər. O, əsəbləşərək Sevincin sifət nahiyəsinə sillə vurmuşdur. Bundan sonra o, DİN-102 xidmətinə məlumat vermişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon Prokurorluğunun böyük köməkçisi Nicat Zamanzadə çıxış edərək bildirdi ki, Ağcabədi rayon polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati icraat açılması üçün qərarın surəti Ağcabədi rayon Prokurorluğuna daxil olmuş və həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün Ağcabədi rayon Məhkəməsinə göndərilmişdir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin ekspert rəyindən də görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sifətinin sol yarısında bir ədəd qançır küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulmuş və istintaq zamanı həmin şəxsin Şəxs olması tam sübuta yetirilmişdir. Odur ki, göstərilən nəzərə alınmasını və Şəxs qanunun tələbinə uyğun inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş cinayət işinin rədd edilməsi barədə qararından görünür ki, Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə bacısı Tünzalənin cehiz əşyalarını yığıb aparmaq istəyən zaman atası Mehman evə gəlmiş, onu və bacısı Tünzaləni nalayiq ifadələrlə söyüb təhqir edib onların üstünə hücum çəkmiş, sillə ilə sol sifət nahiyəsinə bir zərbə vuraraq onu döymüş, bacısı Tünzalə onu atası Mehmanın əlindən almış, sonra o və Tünzalə polis şöbəsinə gəlib olanlar barədə ərizə yazıb vermişlər. Hazırda tələbi atası Mehmanın barəsində qanuni tədbir görülməsindən ibarətdir. O, izahatında daha sonra göstərmişdir ki, bacısı Tünzalə ilə birlikdə atası Mehmanın üstünə əllərinə stul götürüb hücum etməmiş, onu döyməmiş və xəsarət yetirməmişlər. Məhkəmə inzibati xəta törədən şəxsin izahatını və prokurorluğun nümayədəsini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ekspertizanın rəyinə əsasən 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sifətinin sol yarısında bir ədəd qançır küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən küt alətlə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və sonuncunun cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, İİci qrup əlil olmasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini qanuna müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-1140/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-1140/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver