Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-1141/2023 14.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağcabədi Rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ev 222-də qeydiyyatda olan, Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi rayon Prokururluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: 14 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş 08 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Ağcabədi Rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X3 göstərdi ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla bağlı araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin material araşdırılarkən Şəxs inzibati məsuliyyətə cəlb edilməməsi müəyyən edilmişdir. Ona görə də 08 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 18 oktyabr 2023-cü tarixdə, saat 22 radələrində yaşadığı Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşmüş və mübahisə zamanı Zərərçəkmiş şəxs vurmuşdur. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərər çəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, 18 oktyabr 2023-cü tarixdə, saat 22 radələrində yaşadığı Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də əri Şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində Şəxs onu döymüdür. Hal-hazırda Şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə zərər çəkmiş şəxsin ərizə və izahatını dinləyib məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 -ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-1141/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-1141/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver