Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-115/2025 25.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhram oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri 28 May küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 19 yanvar 2025-ci il tarixdə Ağcabədi şəhəri 28 May küçəsində yerləşən Al market mağazasının qarşısından 5 ədəd Ariel yuyucu tozunu oğurlayaraq Zərərçəkmiş şəxs 94 manat maddi ziyan vurmuşdur ki, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 19 yanvar 2025-ci il tarixdə Ağcabədi şəhərində yerləşən Al market mağazasından 5 ədəd yuyucu toz oğurlayaraq aparıb satmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Dəymiş ziyanı ödəməmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, Al market mağazasında işləyir. Şəxs 19 yanvar 2025-ci il tarixdə Ağcabədi şəhərində yerləşən Al market mağazasının qarşısına yığılmış yuyucu tozların 5 ədədini oğurlayaraq aparıb satmışdır. Şəxs dəymiş ziyanı ödəməmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 fevral 2025-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, məhkəmə iclasında verdiyi izahatı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Bundan başqa, həmin Məcəllənin 30.2-ci hamilə qadınlar və ya himayəsində səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Hesab edirəm ki, Şəxs istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu, yəni xx.xx.2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-115/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-115/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver