Məhkəmə qərarları › İş №3(017)-117/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-117/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-117/2023 21.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Zərdab rayonunun Məmmədqasımlı kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 30 dekabr 2022-ci il tarixdə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində Zərərçəkmiş şəxs məxsus 2 ədəd ayaqbını və 1 ədəd döşəyi yandıraraq Zərərçəkmiş şəxs 60 manat dəyərində maddi zərər vurmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onunla bir evdə yaşayır. 30 dekabr 2022-ci il tarixdə içki içmiş həmin vaxt içki ona pis təsir etdiyi üçün Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşib Zərərçəkmiş şəxs məxsus ayaqqbını və yorğan yandırmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona görə də göstərilən xüsusatları nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs keçmiş həyat yoldaşı olub. Onunla boşanmışdır. Hazırda bir evdə yaşayırlar. Şəxs hərgün spirtli içki içib onu söyüb təhqir edir. 30 dekabr 2022-ci il tarixdə Şəxs sərxoş vəziyyətdə ona məxsus 2 ədəd ayaqbını və 1 ədəd döşəyi yandıraraq ona 60 manat ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyanı ödənilməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Zərərçəkmiş şəxs məxsus 2 ədəd ayaqbını və 1 ədəd döşəyi yandıraraq Zərərçəkmiş şəxs 60 manat dəyərində maddi zərər vurmuşdur. Zərərçəkmiş şəxs Şəxs inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nin 31-ci maddəsinə əsasən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 60 manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar