Məhkəmə qərarları › İş №3(017)-1179/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-1179/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-1179/2023 20.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Ağcabədi rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağcabədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 08 dekabr 2023-cü il tarixdə saat 1700 radələrində Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində X5 ilə aralarında yaranmış mübahisə zamanı X2 ünvanına heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədərək, səs-küy salıb həmin vaxt orada olan vətəndaşların nəzər diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 08 dekabr 2023-cü il tarixdə Kəklik Əhmədova onların yaşadığı evin həyətyani torpaq sahəsini başqa şəxslərə satmaq istəyərkən Kəklik Əhmədova ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək nalayiq ifadələr işlətmişdir. Törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, 08 dekabr 2023-cü il tarixdə Hüsülü kənd icra nümayəndəsi İsmayıl Məhərrəmov və rayon İcra nümayəndəsinin işçisi X7 rayonunun Hüsülü kəndində yerləşən tikililərə baxış keçirilən zaman Şəxs heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəsi X3 çıxış edərək bildirdi ki, 08 dekabr 2023-cü il tarixdə rayon İcra nümayəndəsinin işçisi Elvin Həsənov və Ağcabədi rayonunun Hüsülü kənd bələdiyyəsi X5 ilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən tikililərə baxış keçirilən zaman Şəxs heç bir əsaslı səbəb olmadan X2 ünvanına nalayiq ifadələr işlətdi. Biz də onu sakitəşdirməyə çalışdıq. Məhkəmə iclasında şahid Ağcabədi RİHB-nin Ərazi İdaretmə və Yerli özünü idarə etmə orqanları iş şöbəsinin baş məsləhətçisi X4 çıxış edərək bildirdi ki, 08 dekabr 2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kənd bələdiyyəsi X5 və Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəsi X3 ilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən tikililərə baxış keçirilən zaman Şəxs heç bir əsaslı səbəb olmadan X2 ünvanına nalayiq ifadələr işlətdi. Biz onu sakitəşdirməyə çalışdıq. Lakin Nurlanı sakitləşdirə bilmədik. Məhkəmə iclasında Ağcabədi rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X6 çıxış edərək bildirdi ki, Şəxs 08 dekabr 2023-cü il tarixdə saat 1700 radələrində Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində X5 ilə aralarında yaranmış mübahisə zamanı X2 ünvanına heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədərək səs-küy saldığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə qərar tərtib edilmişdir. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxs X2 izahatı, habelə şahid ifadələri, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Bundan başqa, həmin Məcəllənin 30.2-ci hamilə qadınlar və ya himayəsində səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 100 (yüz) manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar