Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-1187/2023 30.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1993-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Ağcabədi rayon Minəxorlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş 30 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifətindən vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifətindən vurmuşdur. Əməlindən peşimandır və məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Şəxs əli ilə sifətindən vuraraq ona xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmamış və Şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin 14 dekabr 2023-cü il tarixli 728 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaq seyvanının arxa və sol gicgah nahiyəsində qançır, sol qulaq seyvanının ön səthində sıyrıq, ağız boşluğunun sol yarısının selikli qişasında qansızma – küt əşyanın (əşyaların) təsirindən, kənar şəxs (şəxslər) tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi. Yetirilmə xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifətindən vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etiraf edici ifadəsi, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və işin digər materiallarla tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək üç yüz manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-1187/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-1187/2023
30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver