Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-120/2024 21.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 2023-cü ilin dekabr ayında Ağcabədi rayonu, üçbulaq deyilən ərazidə Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində olan İphone markalı mobil telefonu təmir etmək adı ilə 20 manat zəhmət haqqı ilə birlikdə olaraq ona qarşı dələduzluq etmişdir.Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, təxminən bir ay bindan əvvəl Ağcabədi rayonu, üçbulaq deyilən ərazidə telefon ustası işlədiyi vaxt Zərərçəkmiş şəxs İphone 10 markalı mobil telefonu təmir etmək üçün vermişdir. O, telefonu Şəxs verərkən ona telefonu təmir etmək üçün 20 manat pul vermişdir. Aralarında olan razılaşmaya əsasən Şəxs telefonu təmir etdikdən sonra ona 20 manatda pul verəcəkdi. Şəxs ona 3 gün ərzində telefonu təmir edib qaytaracağını demişdir. Lakin o, təmir etmək üçün telefonu Şəxs verməsindən bir ay keçsədə sonuncu telefonu bu günə kimi təmir etməmişdir. O, hər dəfə Şəxs yanına gedib ondan telefonumu nə vaxt təmir edəcəyini soruşduqda sonuncu hər dəfə telefonu düzəldəcəyini desədə bu günə kimi telefonu qaytarmamışdır. O, sonuncu dəfə xx.xx.2024-cü ildə Şəxs yanına gedib ondan telofonunu istəmiş, Şəxs telefonu Bərdə şəhərinə təmir etmək üçün göndərdiyini demişdir. Hazırda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Şəxsla barışdığını, Şəxs ona vurduğu zərəri tam olaraq ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını ikinci dərəcəli olmağını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, təxminən bir ay bindan əvvəl Ağcabədi rayonu, üçbulaq deyilən ərazidə telefon ustası işləyən Şəxs İphone 10 markalı mobil telefonu təmir etmək üçün vermişdir. O, telefonu Şəxs verərkən ona telefonu təmir etmək üçün 20 manat pul vermişdir. Aralarında olan razılaşmaya əsasən Şəxs telefonu təmir etdikdən sonra ona 20 manatda pul verəcəkdi. Şəxs ona 3 gün ərzində telefonu təmir edib qaytaracağını demişdir. Lakin o, təmir etmək üçün telefonu Şəxs verməsindən bir ay keçsədə sonuncu telefonu bu günə kimi təmir etməmişdir. O, hər dəfə Şəxs yanına gedib ondan telefonumu nə vaxt təmir edəcəyini soruşduqda sonuncu hər dəfə telefonu düzəldəcəyini desədə bu günə kimi telefonu qaytarmamışdır. O, sonuncu dəfə xx.xx.2024-cü ildə Şəxs yanına gedib ondan telofonunu istəmiş, Şəxs telefonu Bərdə şəhərinə təmir etmək üçün göndərdiyini demişdir. Bunda başqa onun işlənmiş İphone 10 markalı telefonunun qiyməti 400 mantdır. Hazırda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Şəxsla barışdığını, Şəxs ona vurduğu zərəri tam olaraq ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş, xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində toplanmış materiallara əsasən cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti müvafiq tədbir görülməsi üçün Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 fevral 2024-cü il saat 16:30 tarixdən 20 fevral 2024-cü il saat 16:10 tarixədək inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş portal çıxarışından görünür ki, Şəxs ikinci dərəcəli əlildir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ona dəymiş zərəri tam olaraq ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nin 31-ci maddəsinə əsasən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, habelə İXM-nin 39.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsə vurulan maddi ziyanı ödədiyinə və zərər çəkmiş şəxslə barışdığına görə inzibati iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-120/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-120/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver