Məhkəmə qərarları › İş №3(017)-130/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-130/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-130/2024 26.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhram oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, xx xxxxxx 1994-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhəri Qarabağ küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağcabədi RPŞ-nin DYPB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan 06 fevral 2024-cü il tarixdə, saat 1600 radələrində OPEL A markalı, ** OK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağcabədi şəhəri S.Vurğun küçəsində hərəkətdə olarkən manevr qaydasını pozmuş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində VAZ 21074 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarət almışdır ki, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, sürücülük hüququ olmadan 06 fevral 2024-cü il tarixdə, saat 1600 radələrində OPEL A markalı, ** OK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağcabədi şəhəri S.Vurğun küçəsində hərəkətdə olarkən manevr qaydasını pozmuş və nəticədə VAZ 21074 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuşdur. Hadisə vaxtı özü və VAZ 21074 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü xəsarət almışdır. Törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Material üzrə işin məhkəmə baxışı 26 fevral 2024-cü il tarixə saat 1500-a təyin edilməklə, bu barədə məlumat zərərçəkmiş şəxsə vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinin tələbinə əsasən, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini, müharibə veteranı olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar