Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-139/2024 28.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və onun qanuni numayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə Ağcabədi rayonunun Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Ağabəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 01 fevral 2024-cü il tarixdə Ağcabədi şəhər Ü.Hacıbəyli prospekti əlillər binasında yaşayan azyaşlı övladı X2 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ülviyyə onun həyat yoldaşıdır. Ailə problemlərinə görə 1 ildir ayrı yaşayırlar. Lakin buna baxmayaraq, o tez-tez gedib övladı ilə görüşümüşdür. Bəzi hallarda o, qızı Dənizi yaşadığı Ağabəyli kəndinə aparmış, onunla qalmışdır. xx.xx.2024cü il tarixdə o, qızının istifadəsində olan mobil telefonuna zəng edib onu evə gətirmək istəmişdir. Lakin qızı telefon zənginə cavab vermədiyi üçün o, əvvəlcə Ülviyyənin işlədiyi gözəllik salonuna, sonra isə evinə getmişdir. Qapını bir neçə dəfə döysə də, Dəniz qapını açmamışdır. Təxminən 30 dəqiqə sonra Ülviyyə evə gəlmişdir. Ülviyyə gələn kimi onunla aqressiv formada danışıb ona təhqiredici sözlər demişdir. Buna görə aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə vaxtı aralarında əl-qol hərəkətləri ilə dartışma olsa da, heç bir dava-dalaş olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin qanuni numayəndəsi ərizə verərək bildirmişdir ki, onlar barışmışdır və ona qarşı heç bir şikayət, tələbi yoxdur, icraata xitam verilməsini xahiş edir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 qanuni numayəndəsi Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. 2011-ci il tarixdə onunla ailə həyatı qurmuş, 1 azyaşlı övladları vardır. Əvvəllərdən aralarında mübahisələr olduğu üçün 5 ildir ayrı yaşamış, lakin rəsmi nigahda olmuşlar. Buna baxmayaraq Araz dəfələrlə yaşadığı ünvana gələrək onu və övladımı narahat etmiş, dəfələrlə onu nəlayiq ifadələrlə və söyüşlərlə təhqir etmişdir. Sonuncu dəfə 01 fevral 2024-cü il tarixdə Araz azyaşlı qızı Dənizi məktəbə aparıb gətirəndə qızına onun haqqında nəlayiq ifadələr işlətmişdir. O da qızına atasının telefon zənglərini açmamasını tapşırmışdır. Hamin gün o, yəni xx.xx.2024cü il tarixdə günorta saatlarında qızı Dənizin mobil telefonuna zəng edib Arazın evə gəldiyini və qapını möhkəm döydüyünü söyləmişdir. O da həmin vaxt yaşadığı ünvana getmişdir. Yaşadığı binanın blokunda Araz onunla sözlə mübahisə etmiş, ona qarşı nəlayiq ifadələr və söyüşlər işlətmişdir. Aralarında mübahisə yarananda onu vurmaq istəyəndə o, qorxusundan qışqırmışdır. Həmin vaxt Dəniz evin qapısını açmış və çölə çıxmışdır. Bu vaxt Araz Dənizin əlindəki ona aldığı İphone 11 markalı mobil telefonu yerə çırpmışdır. Sonra Dənizin boğazından tutub onu özü ilə aparmaq istəmişdir. Həmin vaxt Dəniz yerə yıxılaraq sol əlinin orta barmağından xəsarət almışdır. Həmin vaxt qızının səhhəti pisləşdiyi üçün təcili tibbi yardıma zəng edərək həkim çağırmışdır. Bir neçə dəqiqədən sonra həkim gəlib qızına tibbi yardım göstərmişdir. O, ərizə verərək bildirmişdir ki, Şəxsla hazırda barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Belə ki, iş materiallarına əlavə olunmuş ekspertiza rəyindən görünür ki, canlı şəxsin ekpertizasına dair məhkəmə tibb ekspertizasının 06 fevral 2024-cü il tarixli 61 saylı rəyində qeyd olunmuşdur ki, 2012-ci il təvəllüdlü X1 bədənində olan xəsarət - sol əlin 3-cü barmağında sıyrıq – küt əşyanın təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi şəraitdə əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə tərəfləri dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Belə olan halda, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-139/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-139/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver