Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-144/2023 23.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Ağcabədi rayonu Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Kəbirli kəndində qeydiyyatda olnmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: X2 31 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Ağcabədi rayonu, Kəbirli kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi mübahisə zamanı döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ona elan edilmiş ittihamla özünü təqsirli bilir, Zərərçəkmiş şəxs döyməmişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs ondan yem kalotunu istəmiş, o, 4 ədəd yem kalotunu Mürvətə vermiş və nə vaxt istəsə qaytarmasını demiş, iki ay sonra Mürvətdən yem kalotunu istəmiş, o isə qaytarmamışdır. 31 oktyabr 2022-ci il tarixdə yenə Mürvətdən kalotu istəmiş ki, o da onu icra nümayəndəliyinin qarşısına çağırmış, nümayəndəliyin qarşısına gedib mürvətlə görüşüb Mürvətdən kalotları istəmiş, o kalotları verməmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, mübahsə zamanı Mürvət və oğlu onu maşına mindirib fermaya aparmaq istəmiş, sonra Mürvətin oğlu Nəriman onun yanına gəlib sinəsinə bir təpik vurmuş, o qohumlarına zəng etmək istəmiş, Mürvət həmin vaxt avtomobildə gəzdirdiyi ağacla onun kürək nahiyəsinə vurmuşdur. Bundan sonra kənd camaatı onları aralaşdırmışdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisidir. 0,31 oktyabr 2022-ci il tarixdə ona zəng edib harada olduğunu soruşmuş, o da Şamilə icra nümayəndəliyinin qarşısında olduğunu demişdir. Şamil atası Əkbər kişi ilə birlikdə onun yanına gəlmiş, Şamil onu söyərək ona əl qol atmış, o Şamilin əlindən tutmuşdur. Hadisə yerində heç kim olmamışdır. Mübahisə zamanı Şamil onun ayağına təpiklə vurmuş, o da Şamilə iki-üç sillə vurmuşdur. Ondan sonra aralanıb çıxıb getmişdir. Hazırda Şamillə barışmamışdır. Ona görə də Şamilin barəsində ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Məlahət Avdilova izahat verərək bildirdi ki, X2 onun oğludur. 31 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində oğlu Şamil ilə Mürvət arasında mübahisə yaranmışdır. Oğlu Şamil onu və atası Əkbəri dəfələrlə vuraraq onlara müxtəif bədən xəsarətləri yetirmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilən xəsarət sağ əlin dördüncü barmağında qançır küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində yarana bilərdi. Yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 22 fevral 2023-cü il tarixdə saat 1900-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi izahatlarını, eləcədə şahid ifadəsini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və zərərçəkmiş şəxs sonuncunun inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu, yəni 22 fevral 2023-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-144/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-144/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver