Məhkəmə qərarları › İş №3(017)-149/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-149/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-149/2023 27.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d im: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Ağcabədi rayon Polis şöbəsindən material daxil olmuşdur. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən etdim ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün тяртиб едилмиш инзибати хята щаггында протокол натамамдыр вя мящкямя ижласында тамамланмасы гейри-мцмкцндцр. Belə ki, Azərbaycan Respublikası İXM-in 69.1-ci maddəsinə əsaən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Göründüyü kimi, inzibati xəta haqqında protokolda şahid adları göstərilməmiş, onlar haqqında anket məlumatları alınmamış, dolğun tərzdə izahatları alınmaqla, həmin izahat materiala əlavə edilməmiş, protokolda şahidə imza etdirilməmiş, bununla da protokol qanunla müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından və ona əlavə olunmuş sənədlərdən görünür ki, Ağcabədi rayon Polis şöbəsinin XİÜ müavin X1 “inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında “25 fevral” 2023-cü il tarixli qərardadı ilə törədilmiş inzibati xətanın xarakterini səciyyələndirən halları, xəta törətmiş şəxsin şəxsiyyətini, (əvvəllər eyni inzibati xətaya görə məsuliyyətə cəlb olunub-olunmaması) onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi) nəzərə almadan inzibati xəta haqqında işi natamam şəkildə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası 43.3-cü maddəsinə əsasən Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Bundan başqa iş materiallarından və ona əlavə olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Təqdim olunmuş sənədlər natamamdır. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi olmalıdır. Beləliklə, iş materiallarından və ona əlavə olunmuş sənədlərdən görünür ki, protokol tərtib olunarkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Belə olan halda, işə baxıb tam, hərtərəfli və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Ona görə də inzibati xəta materialları Ağcabədi rayon polis şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında material düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 109.1-ci və 109.1.6-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə olan inzibati xətaya dair material onu tərtib etmiş orqana Ağcabədi rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar