Məhkəmə qərarları › İş №3(017)-15/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-15/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-15/2023 19.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs X2 iştrakı ilə, xx xxxxx 1980-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, İ.Məlikzadə küçəsi, ev 57-də yaşayan X4 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: X4 31 oktyabr 2022-ci il tarixdə Ağcabədi rayonunun ərazisində qanunsuz olaraq üzərində bir ədəd kibrit qutusunda olan təmiz çəkisi -3,54 qram olan bitgi mənşəli narkotik maddə olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana saxlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək bildirdi ki, o, 31 oktyabr 2022-ci il tarixdə Ağcabədi şəhəri, İ.Məlikzadə küçəsi ərazisində olan zaman polis əməkdaşları onu şübhəli şəxs qismində saxladaraq rayon polis şöbəsinə aparmışlar. Ağcabdi RPŞ-nin inzibati binasında onun üzərinə baxış keçirilən zaman üzərində bir ədəd kibrit qutusunda olan təmiz çəkisi -3,54 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. O, narkotik vasitə olan marixuananı yerdən tapmış və əvvəllər istifadə etmiş, hazırda istifadə etmir. Hazırda törətdiyi əmələ görə çox peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 09 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ağcabədi RPŞ-si TBnin təhqiqatçısı X2 əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-si İTB-ə göndərilmişdir. Həmin qərara əsasən Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi Müşfiq X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 01 noyabr 2022-ci il tarixli, 18/1180 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində X2 üzərindən sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda olan təmiz çəkisi -3,54 qram kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 bu xətanı törətməsində təqsiri özünün etirafı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş -3,54 qram olan marixuana məhv edilməklə, inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:

1. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 320 (üç yüz iyirmi) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin.

2. İnzibati xətanın bilavasitə obyekti olmuş -3,54 qram tərkibində narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin.

3. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar