Məhkəmə qərarları › İş №3(017)-155/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-155/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-155/2024 11.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. Həmin qərar əsassız olaraq tərtib edilmiş və həmin qərardan narazıdır. Belə ki, "xxxx" ASC-yə məxsus “X11 Rover” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gedərkən yorğun olduğu üçün avtomobili idarə etməsini qardaşı X4 tapşırmışdır. Bakı şəhərinə çatdıqdan sonra tanışından öyrənmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:58-də sürət həddini aşdığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. Lakin, bütün bunlar həqiqəti əks etdirmir. Belə ki, "xxxx" ASC-yə məxsus “X11 Rover” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün etibarnamə onun adına olsa da, etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bildiyi üçün inzibati qərarda inzibati xətanın qeyd edildiyi gün və saatda həmin avtomobili qardaşı X6 idarə etmişdir. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə işə X1nun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli, EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X5 10 fevral 2024-cü il tarixdə, saat 15:58:58 radələrində Ağsu-Kürdəmir-Bəhramtəğə yolunun 71-ci km-də “X11 Rover” markalı **-AX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X3 təqsiri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarında öz təsdiqini tapmışdır. X5 şikayət ərizəsində göstərdiyi hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmasına dair şübhələrin yaranması üçün əsas ola bilməz. Belə ki, X5 inzibati xətanın baş verdiyi yer kimi qeyd edilmiş Ağsu-Kürdəmir-Bəhramtəğə yolunun 71-ci km-də ona məxsus avtomobili qardaşı idarə etdiyini göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin "xxxx" ASC-yə məxsus “X11 Rover” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qardaşı X6 tərəfindən idarə edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi üçün əsas deyildir. Bundan başqa, X5 "xxxx" ASC-yə məxsus “X11 Rover” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 15:58-də qardaşı X6 tərəfindən idarə edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinə müraciət etmək hüququ vardır. Buradan da göründüyü kimi barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı əsaslı olduğu üçün X3 vermiş olduğu şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli EQ 19395711 saylı elektron qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar