Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-156/2024 04.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, Y. Məmmədov küçəsi ev 23-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 03 mart 2024-cü il tarixdə Ağcabədi RPŞ-nin inzibati binasında ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, şəxsi avtomobili ilə taksi fəaliyyətilə məşğul olur, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Ağcabədi rayon polis şəbəsinə gəlmiş, orada olan polis əməkdaşları ondan nə səbəbə gəldiyini və kimin yanına gəldiyini soruşmuşlar. O, həmin vaxtı əsəbi olduğu üçün rayon PŞ-nin inzibati binasında ucadan səs-küy edib, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələrdə lakin o, onların qanuni tələblərinə məhəl qoymayaraq onlara tabe olmamışdır. Bununlada polis əməkdaşlarının iş rejimini pozmuşdur. O, öz hərəkətlərindən səmimi peşmançılıq hissi keçirir və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon polis şöbəsinin əməliyyat müvəkkili X1 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Ağcabədi rayon polis şəbəsinə gəlmiş, orada olan polis əməkdaşları ondan nə səbəbə gəldiyini və kimin yanına gəldiyini soruşmuşlar. Şəxs həmin vaxtı əsəbi olduğu üçün rayon PŞ-nin inzibati binasında ucadan səs-küy etdi, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələrdə lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabe olmamışdır. Bununlada polis əməkdaşlarının iş rejimini pozmuşdur. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, bu xətanı törətməkdə təqsiri özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. AR İXM-nin 33.1.1-ci maddəsində göstərilir ki səlahhiyətli şəxslərin huquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi inzibati xəta törətmiş şəxs tərəfindən törədilməsi məsuliyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-156/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-156/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver