Məhkəmə qərarları › İş №3(017)-160/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-160/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-160/2024 12.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, tələbkar şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Qaradolaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İcra sənədi üzrə Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-(011)-2980/2017 saylı, 21 aprel 2017-ci il tarixli məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, barəsində çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-(011)-2980/2017 saylı, 21 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 9000 min ABŞ dolları borc tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin vaxt Xətai Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmayıb və qətnamədən apellyasiya şikayəti verib, lakin qətnamə qüvvədə qalıb. O, Zərərçəkmiş şəxs tanıyır. Əvvəllər onunla tikinti materialları yəni, taxta alveri etmiş və həmişə pulunu verib almışdır. Hazırda imkanı olmadığı üçün borcundan ödəniş edə bilmir. Odur ki, ona cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-(011)-2980/2017 saylı, 21 aprel 2017-ci il tarixli icra sənədi üzrə Şəxs nisyə taxta satdığına görə 9000 min ABŞ dolları tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bu vaxtadək Şəxs borcundan heç bir ödəniş etməmişdir. Şəxs 9000 min ABŞ dollarının alınaraq ona verilməsinə köməklik göstilməsini və qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-(011)-2980/2017 saylı, 21 aprel 2017-ci il tarixli icra sənədi üzrə Şəxs 9000 min ABŞ dollarının tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu bu vaxtadək borcundan heç bir ödəniş etməmişdir. Şəxs icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməkdən qəsdən boyun qaçırtmışdır. Odur ki, qanuni qərar verilərək məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, eləcədə tələbkar şəxsin ifadəsi, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar