Məhkəmə qərarları › İş №3(017)-165/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-165/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-165/2024 29.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Ağcabədi Rayon Məhkəməsi hakiminin 27 mart 2024-cü il tarixli, 3(017)-165/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə Şəxs vəsatətinə baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs 04 oktyabr 2023-cü il tarixdə “NİSSAN TEANA MİNİK” markalı M089KB750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanı törətdiyi üçün İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə olunması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən Ağcabədi Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 27 mart 2024-cü il tarixli 3(017)-165/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Vəsatət vermiş şəxs Şəxs məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı vəsatətindən və mədaxil qəbzindən gürünür ki, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında qərar (protokol) üzrə 40 manat cərimə və dəbbə pulunu tam ödəmişdir. Ona görə də barəsində qəbul edilmiş Ağcabədi Rayon Məhkəməsi hakiminin 27 mart 2024-cü il tarixli 3(017)-165/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Ağcabədi Rayon Məhkəməsi hakiminin 27 mart 2024-cü il tarixli 3(017)- 165/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən gürünür ki, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında qərar (protokol) üzrə 40 manat cərimə və dəbbə pulunu tam ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə materiala əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında qərar (protokol) üzrə cərimə və ona hesablanmış dəbbə pulunu tam ödədiyindən onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Ağcabədi Rayon Məhkəməsi hakiminin 27 mart 2024-cü il tarixli 3(017)-165/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Ağcabədi Rayon Məhkəməsi hakiminin 27 mart 2024-cü il tarixli 3(017)-165/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar