Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-165/2025 04.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 və Ağcabədi rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol polisi idarəsinin 09 mart 2025-ci il tarixli, EQ 26528714 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X4 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir ondan ötrü ki, o, 09 mart 2025-ci il tarixdə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgədə dayanmışdır. Məhkəmə iclasında şikayətçi X6 izahat verərək bildirdi ki, 09 mart 2025-ci il tarixdə uşağı kənddə yerləşən məktəbə imtahana aparmışdır. Həmin məktəbin yanında və ümumiyyətlə ətrafında heç bir nişan quraşdırılmamış, heç bir parklanma üçün yer ayrılmamışdır. O, heç bir qayda pozuntusu törətməmişdir. Barəsində tərtib edilmiş qərarla razı deyildir. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol polisi idarəsinin 09 mart 2025-ci il tarixli, EQ 26528714 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinı xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X5 çıxış edərək bildirdi ki, 09 mart 2025-ci il tarixdə xidmətdə olarkən Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən məktəbin yanında Kia Sorento markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində dayanığı üçün avtomobilin sürücüsü barədə elektron qərar tərtib edilmişdir. Hesab edir ki, qərar qanunu və əsaslıdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Kia Sorento markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində dayanmış və bu barədə avtomobilin foto görüntüsü qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X2 Sorento markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsində saxladığı üçün barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Bundan başqa X6 idarə etdiyi avtomobillə qanunun tələbinin pozmaması barədə hər hansı mötəbər sübut və dəlillər məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-165/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-165/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver