Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-175/2023 07.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərər çəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 26 oktyabr 1952-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13 fevral 2023-cü il tarixli AP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 02 yanvar 2023-cü il saat 17:00 radələrində sürücülük hüququ olmadan «VAZ 21015» markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri, T.İsmayılov küçəsində idarə edən zaman idarəetməni itirib yoldan çıxaraq yol kənarında dayanmış "Kia" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı və "Mercedes Benz C-200" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşınlarla toqquşmuş və nəticədə "Kia" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 1516 manat, "Mercedes Benz C-200" markalı, **- GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 3560 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 02 yanvar 2023-cü il saat 17:00 radələrində sürücülük hüququ olmadan «VAZ 21015» markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilli Ağcabədi şəhəri, T.İsmayılov küçəsində idarə edərkən idarəetməni itirmiş və avtomobil yoldan çıxaraq yol kənarında dayanmış "Kia" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı və "Mercedes Benz C-200" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara dəymişdir. Hadisə nəticəsində "Kia" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 1516 manat, "Mercedes Benz C-200" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 3560 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmiş və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında göstərdi ki, 02 yanvar 2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus "Mercedes Benz C- 200" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşın əzilmiş və nəticəsində ona 3560 manat maddi ziyan dəymişdir. Həmin hadisəni Şəxs «VAZ 21015» markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobillə törətmişdir. Ona dəymiş ziyan ödənilmiş və Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 03 yanvar 2023-cü il tarixli, 01 saylı rəyindən görünür ki, "Kia Rio" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində X1 1516 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 03 yanvar 2023-cü il tarixli, 02 saylı rəyindən görünür ki, "Mercedes Benz C-200" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində X5 3560 manat maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 02 yanvar 2023-cü il saat 17:00 radələrində sürücülük hüququ olmadan «VAZ 21015» markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri, T.İsmayılov küçəsində idarə edən zaman idarəetməni itirib yoldan çıxaraq yol kənarında dayanmış "Kia" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı və "Mercedes Benz C-200" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşınlarla toqquşmuş və nəticədə "Kia" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 1516 manat, "Mercedes Benz C-200" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 3560 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törədilmiş inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılması, vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi, törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yaşını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib dörd yüz manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-175/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-175/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver