Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-178/2023 10.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, xx xxxxx 1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 09 mart 2023-cü il tarixdə Ağcabədi Ağcabədi RQİ və TBŞ-nin inzibati binasında səs-küy salaraq iş rejimini pozaraq ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 09 mart 2023-cü il tarixdə Ağcabədi Ağcabədi RQİ və TBŞ-nin inzibati binasında rəislə görüşmüş, həmin vaxt əməkdaşlardan narazı olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları gəlib onu şöbəyə dəvət etmiş, o da onlarla birlikdə şöbəyə getmişdir. Heç bir səs-küy salmamış, heç kimə tabesizlik etməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid BDYİ-nin Qİ və TBŞ-nin X4 Avtomobil müfəttişi X2 çıxış edərək bildirdi ki, o, 09 mart 2023-cü il tarixdə xidmətdə olarkən Xəyyam adlı şəxslə görüşmüş, sonra Xəyyam rəisin yanına qalxmış, rəisin yanında səs-küy olduğu üçün rəisin otağına keçib onu sakitləşdirmək istəmiş, lakin o, müxtəlif ifadələr işlədərək iş rejimini pozmuşdur. Bundan sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə apardı. Məhkəmə iclasında şahid Ağcabədi Regional Qİ və TBŞ-nin operatoru X1 çıxış edərək bildirdi ki, o, 09 mart 2023-cü il tarixdə xidmətdə olarkən rəisin yanında səs-küy olduğu üçün rəisin otağına keçmiş, həmin vaxt onu sakitləşdirmək istəmiş, lakin o, səs-küy salaraq polisin ünvanına nalayiq ifadələr işlədərək iş rejimini pozdu. Bundan sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə apardı. İş materiallarında olan inzibati qaydada tutma haqqında 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 09 mart 2023-cü il tarixdə saat 1635-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, bu xətanı törətməkdə təqsiri, özünün etirafı və şahid ifadələri, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edirəm ki, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu, yəni 09 mart 2023-cü il tarixdən saat 16:35-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-178/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-178/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver