Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-181/2024 19.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, 20 avqust 1999-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən icarəyə götürüb işlətdiyi gözəllik salonundan Cəfərova (Məmmədova) Səkinə Əkbər qızına məxsus ümumi dəyəri 400 manat olan 1 ədəd qızıl sepi və 1 ədəd firuzə qaşlı klonu oğurlamışdır. Bununla o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Ağcabədi şəhəri H.Aslanov küçəsi, ev 9-da ailəsi ilə birlikdə yaşayır. H.Aslanov küçəsində "Zəhra" adlı gözəllik salonunu 5 aydır ki, icarəyə götürüb işlədir. Zərərçəkmiş şəxs təxminən 3 aydır ki, tanıyır, onun salonunda işləyir. Təxminən 3 ay bundan əvvəl öz işlədiyi salona işçi kimi götürmüş, işlədiyi müddətdə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Salonda işləyəndə gündəlik qazandığı pulu Zərərçəkmiş şəxs ilə hər gün yarı bölmüşdür. xx.xx.2024-cü il tarixdə təxminən saat 19:00 radələrində o, iş yerində olan vaxt halı pisləşmiş, özünə gəldikdən sonra çölə çıxmış və Zərərçəkmiş şəxs ona saçının keratin olmasını, ondan onun saçını fenləməyini istəmiş, oda edəcəyini söyləmişdir. Daha sonra Səkinə salonda özünə yerdən yer düzəltmiş və yerdən oturmuş, Səkinənin arxasında divanda oturmuş və saç ütüsü ilə Səkinənin saçın fennləməyə başlamışdır. Sonradan Səkinə yerdən duraraq güzgüdə özünə baxmış və birlikdə marketə getmişlər. Onlar daha sonra marketdən salona geri qayıtmış və salonda olan zaman o, Səkinəyə taksi çağırmış və Səkinəni yola saldıqdan sonra evə getmişdir. Aradan təxminən 20 dəqiqə keçdikdən sonra Səkinə onun evinə gələrək onu evdən çağırmış və qızılının itməsini demişdir. Onlar birlikdə salona getmiş və salonda nə qədər axtarsalar da Səkinəyə məxsus qızıl sepi tapa bilməmiş və Səkinədə çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, salona gedən zaman Səkinəni anası ilə birlikdə salonda görmüş və onlara nə səbəbə gəlməsini demiş, həmin vaxt Səkinə də qızıl sepini axtarmağa gəldiyini demişlər. Zərərçəkmiş şəxs məxsus qızıl sepi və sepdə olan firuzə qaşlı klonu oğurlamamışdır. Salonda Səkinənin saçın fenləyən zaman ikisindən başqa salonda heç kəs olmamışdır. O, Səkinənin boynunda qızıl sep görməmişdir. Şəxs Ağcabədi Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 qəbul etdiyi, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından məlumatı olmayıb və bu barədə Ağcabədi Rayon Prokurorluğuna şikayət edib və hazırda iş üzrə araşdırma gedir. Ona görə barəsində olan inzibati iş üzrə qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Cəfərova (Məmmədova) Səkinə Əkbər qızı izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə atası X3 ona məxsus qızıl-zinət əşyasının oğurlanması ilə bağlı zəng etmişdir. O, 2023-cü ilin oktyabr ayının 11-də Ağcabədi şəhəri H.Aslanov küçəsində yerləşən "Zəhra" adlı gözəllik salonunu işlədən Şəxs yanında işə düzəlmişdir. Şəbnəmlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, salonda işləyəndə gündəlik qazandığı pulu Şəxs ilə hər gün yarı bölmüşdür. xx.xx.2024-cü il tarixdə təxminən saat 19:00 radələrində evə getmək istəyən zaman saçını düzəltmək istəmiş, həmin vaxt Şəxs salonda olmuşdur. Şəxs saçını düzəltməsini demiş, o da sabaha qalmasını demiş, lakin Şəbnəm içəri girməyini saçını düzəldəcəyini demiş, daha sonra yerdə oturmağını söyləmişdir. O, da stolda oturmaq əvəzinə nə səbəbə yerdə oturmağını soruşmuş, Şəbnəm də ona halsız olmasını və onun yerdə oturmağını demişdir. O, da əynində olan gödəkcəni çıxartmış və yerdən oturmuşdur. Şəbnəm isə arxamda olan divanda oturmuş, əynində olan sviterin boğazın qatlamış və saçını fenləməyə başlamışdır. Həmin vaxt onun boynunda özünə məxsus bir ədəd sep və bir ədəd klon olmuş, həmin sep arxadan düyünlənmiş formada olmuşdur. Şəxs saçını təxminən yarım saat fenləmiş, lakin saçını fenlədikcə Şəbnəm ara bir dayanmış və o, Şəbnəmdən nə səbəbə dayanmasını soruşduqda Şəbnəm ona "yaxşı" eliyirəm deyərək saçını fenləməyə başlamışdır. O, daha sonra ayağa durub güzgüdə saçına baxan zaman boynunda olan sepin olmadığını görmüşdür. Daha sonra Şəxs ona saçını yumaq istəməsini demiş, o da istəmədiyini ona bildirmişdir. Onlar bir yerdə salondan çıxıb yaxınlıqda olan marketə getmiş və salona geri qayıtdıqda Şəbnəm öz evlərinə getmişdir. O, yenidən salonda əlini boynuna atmış və sepinin boynunda olmadığını görmüş, daha sonra qızılını axtarmaq üçün salona baxdıqda tapa bilməyib marketə tərəf getmiş, lakin yenə də tapa bilməmişdir. O, Şəbnəmgilin evlərinə getmiş və Şəbnəmə qızılının olmadığını demiş və Şəbnəmdə ona anasının halının pis olmasını demiş, lakin ona cavab verməmişdir. O, Şəbnəmi götürüb işlədiyi salona aparmış, salonda qızılını axtarmağa başlamış, lakin tapa bilməmişdir. O, salondan çıxıb yaşadığı evə getmiş və səhərisi gün, yəni xx.xx.2024-cü il tarixdə salona geri qayıdaraq əşyalarımı yığıb getmişdir. Bu barədə atası Əkbər Məmmədova məlumat vermiş, atası da DİN-nin 102 xidmətinə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə "Zəhra" adlı gözəllik salonunu işlədən Şəxs Viadi qızı tərəfindən salonda oğurlanmış bir ədəd qızıl sep və bir ədəd qızıl sepdə balaca ölçüdə firuzə qaş olmuşdur. Həmin vaxt salonda o və Şəxs olmuşdur. Ona məxsus hər hansı bir əşya əvvəlki günlərdə oğurlanmamışdır. Qızıl sepinin oğurlanması nəticəsində ona təxminən 1.300 manata yaxın ziyan dəymişdir. Şəxs onun iş yoldaşı olduğu üçün o, ayıb bilmiş və DİN-nin 102 xidmətinə müraciət etməmişdir. Hazırda o, ona dəymiş 1.300 (bir min üç yüz) manat zərərin ödənməsini və yaxud da sepinin geri qaytarılmasını tələb edir. İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2024-cü il tarixli qərarından gönür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon prokuroru X2 cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərarından gönür ki, Ağcabədi rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Kənan Abbasovun törədilmiş cinayət barədə 15 yanvar 2024-cü il tarixli, HK-1/53 nömrəli məlumat üzrə toplanmış material əsasında cinayət işi başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Ağcabədi rayon prokuroru X2 Ağcabədi rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Kənan Abbasov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərarını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.5-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.5-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində inzibati xəta haqqında 27 mart 2024-cü il tarixli MN ******* saylı protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-181/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-181/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver