Məhkəmə qərarları › İş №3(017)-183/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-183/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-183/2025 01.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin İnspektoru polis serjantı X1 iştirakı ilə, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə 100 manat məbləğində cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X6 ifadə verərər göstərdi ki, 17 mart 2025-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirən vaxt «KİA SPORTAGE minik” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağcabədi rayonu Asan xidmət istiqamətdən Ağcabədi şəhəri istiqamətində olan zaman ötmə əməliyyatı qadağan olunmuş yerdə digər avtomobilləri ötmüş və tərəflərindən saxlanəlmış sürücü X3 İXM-nin 327.2-ci maddəsi ilə 100 manat inzibati cərimə yazmışdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə X4 dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarına əlavə olunmuş diskdən görünür ki, «KİA SPORTAGE minik” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qayadalarının yol hərəkəti qaydasını pozmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 ötmə əməliyyatı qadağan olunmuş yerdə ötmə əməliyyatı edərək qaydanı pozduğu üçün barəsində nzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Bundan başqa həmin vaxt X5 idarə etdiyi avtomobilin yolda müəyyən olunmuş əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qayadalarının yol hərəkəti qaydasını pozmamasını təsdiq edən hər hansı mötəbər sübut və dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar