Məhkəmə qərarları › İş №3(017)-185/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-185/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-185/2025 02.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1985-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 02 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 aprel 2025-ci il tarixdə saat 08 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «VAZ 2106» markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağcabədi şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes 220” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobili vuraraq Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, sürücülük vəsiqəsi vardır, lakin müddəti bitmişdir və İ qrup əlil olduğu üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi mümkün olmamışdır. 01 aprel 2025-ci il tarixdə saat 08 radələrində idarə etdiyi «VAZ 2106» markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobillə Ağcabədi şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən idarə etdiyi avtomobilin qabaq sol hissəsi Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes 220” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan hissəsinə dəymişdir. Hadisə zamanı xəsarət alan olmasa da, Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes 220” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. O, Zərərçəkmiş şəxs avtomobilini təmir etdirməyi təklif etsə də, Zərərçəkmiş şəxs onunla razılaşmamışdır. Zərərçəkmiş şəxs avtomobilinə təxminən 200-300 manat ziyan dəymişdir. Lakin, Zərərçəkmiş şəxs avtomomilinə 1530 manat ziyan dəydiyini bildirərək həmin pulu ondan tələb edir. Həmin pulu Zərərçəkmiş şəxs ödəmək imkanı yoxdur. İ qrup əlil olmasını nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 01 aprel 2025-ci il tarixdə saat 08 radələrində Ağcabədi şəhəri, Heydər Əliyev prospektində Şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə ona məxsus “Mersedes 220” markalı, **- GU-*** dövlət nömrə nişanlı avtomobilin sağ hissəsində vurmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da, ona məxsus avtomobilə 1530 manat ziyan dəymişdir. Şəxs ona dəymiş ziyanı ödəməmişdir və hazırda da həmin pulu tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon X2 Məntəqəsinin 01 aprel 2025-ci il tarixli rəyindən görünür ki, “Mersedes 220” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində Zərərçəkmiş şəxs 1530 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə müayinədən keçmiş və ona K74.0 Qaraciyər fibrozu. Qaraciyərin sirrozu dekompensasiya mərhələsi diaqnozu ilə müddətsiz olaraq İ qrup əlillik təyin edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 01 aprel 2025-ci il tarixdə saat 08 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «VAZ 2106» markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobillə Ağcabədi şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes 220” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobili vuraraq Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yaşını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar