Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-186/2024 09.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ağcabədi rayonunun X2 sədri Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Ağcabədi rayon X2 sədri Şəxs X2 mütləq təqdim edilməli olan 14 iyul 2022-ci il tarixli, 07 nömrəli aktın surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. Ağcabədi rayon X2 sədri Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hesab edir ki, hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi rayon X2 sədri Şəxs iştirakı olmadan da baxıla bilər. Materiala əlavə edilmiş Ağcabədi rayon X2 14 iyul 2022-ci il tarixli, 07 nömrəli protokolundan və poçt zərfindən görünür ki, X2 sədri Şəxs mütləq təqdim edilməli olan 14 iyul 2022-ci il tarixli, 07 nömrəli protokolun surətini qanunla müəyyən olunmuş müddətdən gec, yəni 11 mart 2024-cü il tarixdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional ədliyyə idarəsinə poçt vasitəsi ilə göndərmişdir. Məhkəmə inzibati xəta haqqında 15 mart 2024-cü il tarixli, MN ******* protokola obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, qeyd olunan inzibati xəta haqqında protokol və işin digər materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş Ağcabədi rayon X2 sədri Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ağcabədi rayon X2 sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib dörd yüz manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-186/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-186/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver