Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-19/2023 23.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları, xx xxxxxx 1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri Qarabağ küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 16 yanvar 2023-cü il tarixdə saat 1807 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sərxoş halda idarə etdiyi «Toyota Prius” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Sarıcalı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdən gələn “Mercedes Benz E 240” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E 240” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, idarəetmə hüququ olmadan 16 yanvar 2023cü il tarixdə bir az spirtli içki içib özünə məxsus “Toyota Prius” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Sarıcalı kəndi istiqamətində hərəkət edərkən idarəetməni itirərək əks istiqamətdən gələn “Mercedes Benz E 240” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilini vurmuşdur. Hadisə vaxtı heç kim xəsarət almamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona görə də barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, 16 yanvar 2023-cü il tarixdə təxminən saat 1807 radələrində idarə etdiyi “Mercedes Benz E 240” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Sarıcalı kəndi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Toyota Prius” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə vaxtı xəsarət alan olmadı. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, göstərilən xususatların nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatını, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini nəzərə alaraq, məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 1 (bir) ay müüdətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli 23 yanvar 2023-cü il tarixdən, saat 1100-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-19/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-19/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver