Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-19/2025 28.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 24 dekabr 2024-cü il tarixli, EP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 25000 ABŞ dolları məbləğində vəsaiti 25 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 12379,60 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəxs nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hesab edir ki, hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsinin iştirakı olmadan da baxıla bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 25000 ABŞ dolları məbləğində vəsaiti 25 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 12379,60 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin xətaya görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunur. Materiala əlavə edilmiş 25 noyabr 2022-ci il taroxli ödəniş tapşırığından görünür ki, Ağcabədi rayonunun Aran kəndində yerləşən (VÖEN **********) Şəxs "xxxx" ASC-nin Quba filialı vasitəsi ilə 25000 ABŞ dollarını “ALMAK PLYUS Unitarnoe”yə göndərmişdir. Materiala əlavə edilmiş "xxxx" ASC-nin 27 noybr 2024-cü il tarixli, 13002-01/23 saylı məktubundan görünür ki, Şəxs 2 il ərzində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb Şəxs barəsində inzibati tənbeh növündə cərimə cəzasının aşağı həddinin, yəni geri qaytarılmayan 25000 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi məbləğində cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ağcabədi rayonunun Aran kəndində yerləşən (VÖEN **********) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, geri qaytarılmayan 25000 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi məbləğində, yəni 5000 (beş min) ABŞ dolları məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-19/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-19/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver