Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-194/2024 02.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 31 mart 2024-cü il tarixdə saat 1400 radələrində Ağcabədi rayonunun Aşağı Vaşar kəndində səs-küy salaraq polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla yaşayır. 31 mart 2024-cü il tarixdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində ev təmir etdiyi vaxt təxminən günorta saatlarında Fərid adlı şəxs onun mobil telefonuna zəng edib onu şöbəyə dəvət etmiş, təxminən on beş-iyirmi dəqiqədən sonra Fərid işlədiyi evə gəlib ona zəng etmiş, o da paltarını dəyişib onunla şöbəyə getmiş, şöbədə izahat vermişdir. O, heç kimi söyməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X2 çıxış edərək bildirdi ki, o, 31 mart 2024-cü il tarixdə xidmətdə olarkən X4 rayonunun Aşağı Avaşr kəndinə Şəxs şöbəyə dəvət etmək üçün getmiş, həmin vaxt Şəxs şöbəyə getməkdən imtina etmişdir. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X3 çıxış edərək bildirdi ki, o, 31 mart 2024-cü il tarixdə təxminən saat 15 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndinə gedib Şəxs şöbəyə dəvət etmiş, həmin vaxt Ülvü nalayiq ifadələr işlədərək onun qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 31 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 31 mart 2024-cü il tarixdə saat 1600-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, 31 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək inzibati qaydada həbsdə olduğu müddəti nəzərə alaraq hesab edirəm ki, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs X1 31 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək inzibati qaydada həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 100 manat cərimə cəzası saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-194/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-194/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver