Məhkəmə qərarları › İş №3(017)-198/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-198/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-198/2023 28.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxxxx 1977-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, müəllim işləyir, Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 23 mart 2023-cü il tarixdə saat 15:30 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək həmin vaxt orada olan vətəndaşların nəzər diqqətini özünə cəlb etməklə, səs-küy salaraq ictimai qaydanı pozmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində MN ******* nömrəli protokol tərtib edilmişdir. Şəxs 24 mart 2023-cü il tarixdə saat 15:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək həmin vaxt orada olan vətəndaşların nəzər diqqətini özünə cəlb etməklə, səs-küy salaraq ictimai qaydanı pozmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. 23 mart 2023-cü il tarixdə yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs2 söyüş söydüyü üçün ona irad tutmuşdur. Bundan başqa o, 24 mart 2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs1 təhqir etməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə Zərərçəkmiş şəxs2 izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayır. 23 mart 2023-cü il tarixdə həmkəndlisi Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Ona görə də polisə ərizə ilə müraciət etmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayır. 24 mart 2023-cü il tarixdə işlətdiyi mağazada olarkən həmkəndlisi Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Ona görə də ərizə ilə polisə müraciət etmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə şahid X3 izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayır. 23 mart 2023-cü il tarixdə kənddə olarkən həmkəndlisi Şəxs Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Məhkəmə şahid X1 izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayır. 24 mart 2023-cü il tarixdə kənddə olarkən həmkəndlisi Şəxs Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, zərəçəkmiş şəxsin izahatı, habelə şahid ifadələri, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmin protokollar üzrə başlanmış inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MN ******* və MN ******* nömrəli protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq edilməklə 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli 28 mart 2023-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar