Məhkəmə qərarları › İş №3(017)-199/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-199/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-199/2025 17.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Şikayət vermiş şəxs X2, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Ağcabədi rayon DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağcabədi rayon DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. X6 şikayətlə məhkəməyə müraciət edərək, Ağcabədi rayon DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək göstərdi ki, 17 mart 2025-ci il tarixdə “Kia Sorento minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində hərəkətdə olarkən Ağcabədi Rayon Polis X11 Polis İdarəsinin əməkdaşı tərəfindən ona saxla işarəsi verilmiş, o da avtomobili saxlamışdır. Ağcabədi rayon X12 İdarəsinin əməkdaşı ona əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozduğu üçün saxladığını bildirmiş, o qsayda pozuntusu etmədiyini bildirsə də, polis əməkdaşı israrla onun qayda pozduğunu demişdir. Bundan sonra o, qayda pozuntusu ilə bağlı videogörüntü tələb etsə də, polis əməkdaşı ona videogörüntü təqdim etməmişdir. Onun etiraz etməsinə baxmayaraq X12 İdarəsinin əməkdaşı onun barəsində 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Lakin, o həmin qərarı əsaslı və qanuni hesab etmir. Belə ki, yaşayış məntəqəsində sürət həddinin 60 km/saat olmasına baxmayaraq o, hərəkətdə olan zaman qarşısındakı avtomobilin daha aşağı sürətlə hərəkət etdiyini görüb ona işarə etdikdən sonra həmin avtomobili ötüb keçmişdir. Həmin ötmə zamanı yolun əks istiqamətinə çıxmadan həmin avtomobilin yanından ötüb keçmişdir. Ona gödə də göstərdiklərini nəzərə alaraq şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin nümayəndəsi X7 izahatında göstərdi ki, X6 barəsində 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəıbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə 100 manat məbləğində cərimə edilmişdir. həmin qərar onun tərəfindən qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəıbul edilməsinə səbəb X2 17 mart 2025-ci il tarixdə “Kia Sorento minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozması olmuşdur. Həmin vaxt X6 qayda pozmadığını bildirərək videogörüntülərə baxmaq istəmiş, Sənan Məmmədzadəyə videogörüntülərə yalnız polis şöbəsində baxa biləcəyi bildirilsə də, Sənan bununla razılaşmamışdır. Həmçinin sürücüyə qərardan narazı qaldığı halda məhkəməyə şikayət etmə hüququ da izah edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq şikayətin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçi X4 və Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin nümayəndəsi X5 dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X2 təqsiri Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında öz təsdiqini tapmışdır. X6 şikayət ərizəsində göstərdiyi hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmasına dair şübhələrin yaranması üçün əsas ola bilməz. Bundan başqa, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş SD diskdə də X2 qərarda göstərilən inzibati xətanı törətməsi, yəni Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etməsi öz təsdiqini tapmışdır. Buradan da görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X2 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğu üçün X2 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X2 Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 mart 2025-ci il tsrixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar