Məhkəmə qərarları › İş №3(017)-20/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-20/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-20/2023 30.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Ağcabədi şəhəri, X.Şuşinski küçəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 14 dekabr 2022-ci il tarixdə Ağcabədi şəhər X.Şuşinski küçəsində yaşayan X2 şəxsi mübahisə zamanı döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protocol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, 1 ay bundan əvvəl qonşusu Cəsur Abdullayev onun ünvanına gələrək ona Bakıya həkimə gedəcəyini, ona 600 manat borca pul verməsini xahiş etmişdir. O, da yoldaşı Anar Rzayeva məsləhət etmiş, o, da razılaşmışdır. O, 600 manatı Cəsura vermişdir. Cəsur da 600 manat pulu noyabr ayının sonunda verəcəyinə söz vermişdir. O, Cəsuru nə qədər axtarsa da, tapa bilməmiş, ona zəng etdikdə, Cəsur zəngi açmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında Şəlalə Abdullayeva azyaşlı övladı ilə onun qapısına gələrək, həyat yoldaşı ilə mübahisə etməyə başlamışdır. Ona nə üçün onun qardaşına telefonda söyüş söydüyünü soruşmuşdur. Yoldaşı Anar da ona söyüş söymüş, Anar ona çıxıb getməsini söyləmişdir. Həmin vaxt o, mətbəxin pəncərəsindən getməsini söyləmişdir. Yoldaşı da həyətə düşərək onu yola salmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərmişdir ki, ailəsi ilə birlikdə Ağcabədi şəhər X.Şuşinski küçəsində yaşayır, evdar qadındır. Təxminən 1 ay bundan qabaq həyat yoldaşının idarə etdiyi motoskileti eyni küçədə yaşayan Məsumə adlı qadının həyat yoldaşı Anarın idarə etdiyi avtomobilə toxunmuşdur. Anar onlara «20-30 manat xərci vardır, onu verərsiniz» sözünü demiş, o, da razılaşmışdır. Sonra Anar onlara, usta həmin maşını düzəltmək üçün 120 manat, 130 manat isə ehtiyyat hissəsinin tutduğunu, cəmisinin 250 manat etdiyini söyləmişdir. Maddi imkanı zəif olduğu üçün onlara bir müddət gözləməsini, pulu verəcəyini söyləmişdir. O övladını məktəbə aparanda Anarın həyat yoldaşı Məsumə adlı qadın onu küçədə görüb ondan pulu tələb etmiş, maddi imkanı zəif olduğu üçün bir müddət onları gözləməsini demiş, lakin ona küçədə nalayiq ifadələr işlətmiş, onu söymüşdür. Həyat yoldaşı Ağcabədi rayonunda "Yaşıllıq İdarəsində" işləyir, ona məxsus maaş kartını Anar onlardan istəmiş, ona «sənin kartını sələmə qoyub pul götürüb avtomobilimi düzəltdirəcəm» sözünü demiş, həyat yoldaşı Cəsur Abdullayevdə həmin kartı ona vermişdir. Daha sonra o, eşitmişdir ki, həmin kartı sələmə qoyub pul götürüb maşını düzəltdirmişdir. Onlara həmin maaş kartını Anar daha sonar qaytarmamış, həyat yoldaşı yenidən özünə kart bərpa etdirmişdir. xx.xx.2022-ci il tarixdə övladını məktəbdən gətirən zaman Anargilin qapısının qarşısından keçəndə onun həyat yoldaşı Məsumə evdən çıxıb onu görərək ondan pulunu tələb etmiş, o isə Məsumədən avtomobilin şəkilini tələb etmişdir. Baxsin əzilən hissəsinə görsün həqiqətəndə onun ehtiyyat hissəsi 130 manat edib-etməməsini istəmiş, lakin ona heç bir şəkil təqdim etməmişdir. Sonradan ona qarşı nalayiq ifadələr işlətmiş, həmin vaxt həyat yoldaşı Anar da onun yanında olmuş, Məsumə ona tərəf gələrək, bir əli ilə onun sol əlini tutmuş, o birisi əli ilə onun boğazından tutaraq boğmağa başlamış, bir-iki dəfə başına yumruqla vurmaq istəyən zaman həyat yoldaşı Anar qovmamış onun əlini tutmuş və onu öldürməklə hədələmişdir. Anar daha sonra onları aralaşdırmış və o, çıxıb evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14:00 radələrində Məsumə onu onların qapısının qarşısından keçəndə ondan yenidən pulunu tələb etmiş və onu söyərək təhqir etmiş, bir əli ilə onun əlini tutmuş və o birisi əli ilə onu boğmağa başlayaraq döymüşdür. Onun yanında az yaşlı övladı, Məsumə və onun həyat yoldaşı Anar olmuşdur. Aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmişdir. İş materiallarına əlavə olunmuş 28 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, canlı şəxsin ekspertizasına dair məhkəmə-tibbi ekspertinin xx.xx.2022-ci il tarixli, 933 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində olan xəsarətlər-boyunun sağ yan səthində və sol əlin arxa səthində sıyrıqlar – küt əşyanın təsirindən törəmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş 28 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ağcabədi RPŞ-si TBnin təhqiqatçısı Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-si İTB-ə göndərilmişdir. Həmin qərara əsasən Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi Müşfiq Cümşüdov, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə inzibati xəta törədən şəxs, zərərçəkmiş şəxsin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar