Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-200/2023 28.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, E.İsmayılov küçəsi, ev 110da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində Ağcabədi Rayon Məhkəməsinin 2(017)-640/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə hər ay uşağa 100 manat məbləğində aliment pulunun ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs bu günə kimi aliment borcunu ödəməmiş və onun 1200 manat məbləğində aliment borcu yaranmışdır. Borclu icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, barəsində çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-640/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə hər ay uşağa 100 manat məbləğində aliment pulunun ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. O, bu günə kimi aliment borcunu ödəməmiş və onun 1200 manat məbləğində aliment borcu yaranmışdır. Onun maddi imkanı yoxdur və heç yerdə işləmir. Ona görədə aliment pulunu ödəməmişdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-640/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə hər ay uşağa 100 manat məbləğində aliment pulunun Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs bu günə kimi aliment borcunu ödəməmiş və onun 1200 manat məbləğində aliment borcu yaranmışdır. Şəxs icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Odur ki, qanuni qərar verilərək məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, eləcədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini, əvvəldə barəsində inzibati həbs tanbehi tədbiq olunmasını və borcundan heç bir ödəniş etməməsini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-200/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-200/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver